Cari ilin birinci yarısında ixraca göndərilən neft məhsullarının həcmi 9 faizdən çox azalıb
Bakı, 17 iyul, AZƏRTAC
Yanvar-iyun aylarında ölkədən 281 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da ötən illə müqayisədə 9,32 faiz azalma deməkdir.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 140 milyon dollardan çoxdur.
Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 310,6 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 213,9 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]