“Caspian Agro” sərgisində innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir
Bakı, 17 may, AZƏRTAC
Müasir dünyada kənd təsərrüfatının inkişafını yeni texnologiyaların tətbiqi olmadan təmin etmək mümkün deyil. Bu səbəbdən də bu gün keçirilən sərgidə kənd təsərrüfatında innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən şirkətlər daha çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimindəki çıxışında deyib. Nazir bildirib ki, sərgidə iştirak edən şirkətlərin 71 faizi xaricdən gəlib. Bu şirkətlər öz məhsullarını nümayiş etdirməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən şirkətlərlə əlaqələr quracaq və innovasiyaların tətbiqini daha da genişləndirəcəklər.
“Azərbaycan dövləti kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin yeni texnologiyalar əsasında çalışmalarını dəstəkləyir və bugünkü sərgi buna nümunədir”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]