Azərbaycan Dövlət İnformasiya Agentliyi

“CaspianAgro 2015” sərgisində ilk dəfə olaraq ən yaxşı yerli və xarici damazlıq heyvan cinsləri nümayiş etdiriləcək

“CaspianAgro 2015” sərgisində ilk dəfə olaraq ən yaxşı yerli və xarici damazlıq heyvan cinsləri nümayiş etdiriləcək

Bakı, 18 may, Ceyhun Rüstəmov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, mayın 21-23-də Bakıda IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“Caspian Agro 2015”) sərgisi keçiriləcək. Nəzərə alsaq ki, bu il, həmçinin “Kənd təsərrüfatı ili”dir, o zaman bu sərginin əhəmiyyəti daha da artır. Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısı, o cümlədən bu kimi tədbirlərin peşəkar operatoru olan “Caspian Event Organisers” (CEO) şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bununla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb:

- Cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, həm də “Caspian Agro 2015” sərgisinin önəmini artırır. Sizcə builki sərgi digərlərindən nə ilə fərqlənəcək?

- Bu gün ölkəmizin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun şaxələndirilməsinə yönəldilib. Respublikada kənd təsərrüfatı sahəsi fəal surətdə inkişaf edərək Azərbaycanın ixrac potensialının artırılmasına öz töhfəsini verir. Yeni texnologiyaların tətbiqi və təcrübə mübadiləsi ixrac olunan yüksək keyfiyyətli məhsulların istehsalı üçün vacib şərtlərdir və beynəlxalq “CaspianAgro” sərgisi də bütün bu imkanları hər il təmin edir. Beləliklə, sərgi qısa müddət ərzində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratmaqla yanaşı, Azərbaycanın kənd təsərrüfatı sektoruna yatırılan sərmayələrin artırılmasına və ən yeni texnologiyaların tətbiqinə imkan verir.

Keçirildiyi illər ərzində “CaspianAgro” sərgisi hər il mütəxəssislər arasında görüşlərin təşkili, kənd təsərrüfatı sahəsi üçün texnika və avadanlıqların, habelə məhsul və xidmətlərin nümayişi baxımından etibarlı bünövrə kimi özünü doğrultmuşdur. İqtisadiyyatın bu sektoru ölkə rəhbərliyinin böyük diqqət yetirdiyi sahələrdən biridir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq bir neçə ildir ardıcıl olaraq “CaspianAgro” sərgisini ziyarət edərək istehsalçı və yeni məhsullarla tanış olur. Uzun illərdir Kənd Təsərrüfatı Nazirliyi bu sərgiyə fəal və mühüm dəstək verir. Bundan əlavə qeyd etmək istərdim ki, sərgi Prezident İlham Əliyevin təsdiqlədiyi “Kənd təsərrüfatı ili”nə həsr olunmuş Tədbirlər Planına daxil edilib və bu, “CaspianAgro 2015” sərgisinin inkişafına müsbət təsir etməklə yanaşı, hər il keçirilən bu ixtisaslaşdırılmış tədbirə marağı daha da artırıb.

Builki sərgi digərlərindən çox fərqlənəcək. Sərgi sahəsinin həcmi artıb, iştirakçıların sayı çoxalıb, sərgi iştirakçılarının coğrafiyası genişlənib. Hər dəfə sərgidə təqdim edilən məhsulların çeşidi genişlənir, yeni sektorlar əlavə olunur. Builki sərginin fərqləndirici cəhəti maldarlıq sahəsi üzrə sərgi iştirakçılarının əhəmiyyətli dərəcədə artmasıdır. Bakı Ekspo Mərkəzinin açıq meydançasında ilk dəfə olaraq ən yaxşı yerli və xarici damazlıq heyvan cinsləri - keçi, inək, dəvə, qoyun, eləcə də dağ atlarının qədim cinsi - Qarabağ atları nümayiş etdiriləcək. Ölkənin maldarlıq potensialının əyani nümayişi həm daxili, həm də beynəlxalq bazarlarda kənd təsərrüfatı məhsullarının rəqabətlilik qabiliyyətini artıracaq.

- Sərgi iştirakçılarının ümumi sayının 140 şirkətdən çox olması, o cümlədən müxtəlif ölkələri təmsil etməsi “Caspian Agro”nun beynəlxalq nüfuzundan xəbər verir…

- “CaspianAgro 2015” sərgisi Azərbaycanda reallaşdırılmış və kənd təsərrüfatının dinamik inkişafına kömək edən aqrar islahatların nəticələrini göstərməklə yanaşı, ötən illə müqayisədə 20 faiz artım nümayiş etdirir. Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və xarici meydançasını əhatə edən “CaspianAgro 2015” sərgisi dünyanın 21 ölkəsini təmsil edən 142 şirkəti bir arada toplayır. Sərginin iştirakçıları arasında Almaniya, Yunanıstan, İtaliya, İspaniya, Koreya Respublikası, Niderland Krallığı, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa və digər ölkələrdən kənd təsərrüfatı məhsulları və avadanlıqlarının istehsalçıları və distribüterləri var. Sərgidə geniş açıq ekspozisiya olacaq. Gəncə Avtomobil Zavodu, “New Holland”, “Azertexnika”, “Klever”, “Rostselmash” kimi şirkətlər öz avadanlıqlarını təqdim edəcəklər.

- Builki sərgidə kənd təsərrüfatı istehsalçılarını daha hansı yeniliklər gözləyir?

- Hər il “CaspianAgro” sərgisini ziyarət edən fermerlərin sözlərinə görə, bu tədbir kənd təsərrüfatı sahəsi üzrə ən son yeniliklərlə tanış olmaq üçün ən yaxşı məkandır. “CaspianAgro” 2015 sərgisi kənd təsərrüfatı üçün yenilikləri təqdim edən Almaniya, Rusiya, Fransa, İtaliya, İspaniya, Ukrayna və Hollandiyadan olan şirkətləri bir araya gətirəcək. İlk dəfə olaraq sərgidə Şri-Lanka və İordaniya şirkətləri də iştirak edəcəklər. Sərgi bu il də ən müxtəlif istiqamətlər üzrə bir sıra yeni məhsullarla - kombaynlar, süni göllər yaratmaq üçün texnologiyalar, geo-membranlar və geo-tekstil, ən son suvarma və irriqasiya sistemləri, avtomatlaşdırılmış damla suvarma sistemi, separator (ayırıcı) sistemlər, şüşə və tunel istixanalar, bitkiçilik və gülçülük sahəsi üçün məhsullar, bio-arılar, meyvə-tərəvəz sahəsi üzrə yeni növlər və bir sıra digər məhsullarla tanışlıq üçün imkan yaradır.

- “CaspianAgro 2015”-dən gözləntiləriniz nədir və sizcə bu sərgi Azərbaycanın kənd təsərrüfatına hansı töhfə verə bilər?

- Sərgidə Avropanın, Asiyanın və MDB ölkələrinin aparıcı şirkətləri tərəfindən ən son texnologiyalar, avadanlıqlar və məhsullar nümayiş etdiriləcək ki, bu da ölkəmizin qida və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssis və iş adamlarının böyük marağına səbəb olacaq. Biz inanırıq ki, sərgiyə gələn qonaqlar həm beynəlxalq təcrübə ilə tanış olmaq, həm də bunu öz istehsal və iş prosesində tətbiq etmək imkanı qazanacaqlar. Ənənəvi olaraq, “CaspianAgro” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi və “Aqrolizinq” ASC-nin təşkilati dəstəyi ilə Azərbaycanın 22 bölgəsinə sahibkar və fermerlər üçün işgüzar turlar təşkil olunub. Bu işgüzar turlar azərbaycanlı sahibkarları yüksək keyfiyyətli məhsulların istehsalı üçün başlıca amillər olan yeni texnologiyalarla tanış etmək və onlarla təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

Mən sərgidə iştirak edəcək hər kəsə uğurlu və məhsuldar iş, səmərəli əməkdaşlıq arzulayıram. İnanırıq ki, sərgidə təqdim olunan məhsulların müxtəlifliyi və aparıcı müəssisələrin təmsil olunması Azərbaycanla yanaşı, iştirak edən ölkələrin istehsalı olan məhsulların təşviqinə, onların gələcəkdə keyfiyyətinin və çeşidinin genişlənməsinə xidmət edəcək.

- Müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət katibi: Cekson-Venik ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını istərdik

Stiv Deyns: Azərbaycan və Ermənistanın Ağ Evdə bir araya gəlməsi böyük dönüş nöqtəsi idi

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir

Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib

Bu saata olan əsas xəbərlər

Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb

Andrey Petruşenko: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platformadır

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

SOCAR: Təbii qaza tələbat hələ uzun müddət davam edəcək

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

Beynəlxalq konfransın iştirakçıları “Atəşgah məbədi” ilə tanış olublar

İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir

Mark Rubio: İran ilk dəfə nüvə proqramlarının aspektlərini müzakirə etməyə razılaşıb

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

Dünya Kuboku ilə bağlı Su İdmanı Sarayında genişmiqyaslı hazırlıq işlərinə başlanılıb

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib

Rzabek Artıqaliyev: Orta Dəhliz region ölkələrinin iqtisadi sabitliyini təmin edir

Qazaxıstanda yerli özünüidarəetmə sistemində islahat hazırlanır

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Kaleb Orr: ABŞ Azərbaycanın enerji sektoruna konkret investisiyalar planlaşdırır

® IV Milli Kibertəhlükəsizlik Forumu “Azercell”in dəstəyi ilə keçəcək

Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı

Dövlət katibinin köməkçisi: ABŞ Azərbaycan iqtisadiyyatının əsas sektorlarına investisiyaları artırmaq niyyətindədir

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

Ekspert: Süni intellekt neft-qaz sektorunda təhlükəsizliyin artırılmasında mühüm rol oynayır

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

Milli səfərbərlik

Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib

ÜMT: Havanın temperaturunu artıran El Nino hadisəsinin yaxın zamanda başvermə ehtimalı 80 faizdir

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir VİDEO

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir VİDEO

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir VİDEO

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir VİDEO

FHN Akademiyasının yaradılmasının 18 illiyi qeyd olunub

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür VİDEO

Kaleb Orr: ABŞ ilə Azərbaycan arasında yeni kommersiya sazişlərinin ümumi dəyəri 8 milyard dolları ötür VİDEO

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan

Macarıstanın yeni Baş naziri Almaniyaya səfər edib

Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər VİDEO

Kaleb Orr: ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığı görünməmiş səviyyəyə yüksələ bilər VİDEO

“Heydər Əliyev məktəbi” layihəsi çərçivəsində ilk düşərgə fəaliyyətə başlayıb

Azərbaycan enerji əməkdaşlığı modellərinin formalaşdırılmasında mühüm rol oynayır ŞƏRH

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir VİDEO

Nazir: Kritik minerallar sahəsi Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığının yeni istiqamətidir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan-ABŞ iqtisadi dialoqu strateji tərəfdaşlığın yeni mərhələsini açır

Avropalı astronomlar saatda 25 min kilometri aşan küləyin sürətini ölçüblər

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir VİDEO

Heydər Əliyev təqaüdçüsü: Musiqi mənim üçün sadəcə peşə deyil, həyatımın ayrılmaz hissəsidir VİDEO

® “Trendyol” və “PAŞA Holdinq” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib

BMT il ərzində ekstremal hava şəraiti riskinin arta biləcəyi barədə xəbərdarlıq edib

Azərbaycan yaşıl enerji gündəliyinin həyata keçirilməsində lider mövqelərdədir ŞƏRH

Rəcəb Tayyib Ərdoğan Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin missiyasını salamlayıb

Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb

AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib

bp-nin vitse-prezidenti: “Caspian Energy Week”dən çox təsirlənmişəm - EKSKLÜZİV

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

Azərbaycan “Kazan Beynəlxalq Elektroenergetika Forumu”nda iştiraka dəvət edilib

Nazir: İqtisadi şaxələndirmə Azərbaycan hökumətinin əsas prioritetlərindən biridir

Ötən ay 56 aptekdə yoxlama aparılıb

Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq

“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət

Baş nazir Əli Əsədov Ukrayna Baş nazirinin birinci müavini ilə görüşüb

Azərbaycan millisinin hər iki yoldaşlıq oyununu macarıstanlı hakimlər idarə edəcəklər

GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır VİDEO

GECF: Geosiyasi böhranlar enerji bazarlarında uzunmüddətli dəyişikliklər yaradır VİDEO

Gələcəyin şəhərlərində əsas prioritetlərdən biri nəqliyyat əlçatanlığı olacaq - ŞƏRH

Azərbaycan millisinin futzalçısının “Araz-Naxçıvan”dan ayrılma səbəbi bəlli olub

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakedən

Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı təqdim olunub

Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaingdən

“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir VİDEO

“Masdar”: Enerji əlaqələrinin gücləndirilməsi üçün siyasi, kommersiya və texniki əməkdaşlıq vacibdir VİDEO

Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhandan

Nazir: Dəniz yolu ilə dəhlizlərin qarşılaşdığı sıxıntıları nəzərə alsaq, Orta Dəhlizin nə qədər qiymətli olduğunu anlayarıq

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH VİDEO

Ekspert: Azərbaycan Avropanın etibarlı yaşıl enerji tərəfdaşına çevrilir - ŞƏRH VİDEO

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir VİDEO

“Eni” rəsmisi: Enerji bazarındakı dəyişikliklər şirkətlərdən yeni yanaşmalar tələb edir VİDEO

Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi şəhid ailələrinin əl işlərinin V sərgi-satış yarmarkasını keçirib

Azərbaycanın artan beynəlxalq rolu: enerji ixracatçısından orta güc dövlətinə doğru ŞƏRH

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları nəzərdən keçirilib

Daha bir elektron pul təşkilatının lisenziyası ləğv edilib

Azərbaycanlı alim Türkiyədə ailə institutunun mənəvi çağırışlarını təhlil edib

Biləsuvar Təhsil Kompleksində Konfutsi Mərkəzinin açılışı olub

Assosiasiya sədri: Yeni dəstək mexanizmləri quşçuluq sənayesinin inkişafını sürətləndirəcək

Ötən il Rusiya vətəndaşlarına verilən Şengen multivizaların sayı 21 faizdən çox azalıb

Rəşad Nəbiyev: Bakı-Tbilisi-Qars Xəzər və Qara dənizləri arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri nəzərdən keçirilib

Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti müzakirə edilib

Azərbaycan aliminin Qarabağa dair monoqrafiyasını isveçrəli professor yüksək qiymətləndirib

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər VİDEO

Nazir müavini: Yaşıl enerji layihələrinin inkişafı Avropada enerji qiymətlərinə də müsbət təsir göstərə bilər VİDEO

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub

Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO

Düşünülmüş enerji strategiyası: Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir VİDEO

Aİ Komissiyası Şengen zonasının 9 ölkəsini daxili sərhəd yoxlamalarını ləğv etməyə çağırıb

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib VİDEO