CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-də saat 23.30-dan 23.45-dək və avqustun 21-də saat 00.10-dan 00.40-dək fasilələrlə Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Nerkin Karmiraxpür kəndi və İcevan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz, Ağstafa rayonları və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 22.25-dən 22.45-dək və 3.05-dən 3.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.55-dən avqustun 21-də saat 00.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 00.30-dan 00.50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında, saat 3.00-dan 3.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 1.30-dan 2.10-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]