Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi 57 dəfə pozulub VİDEO
Bakı, 26 mart, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 57 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Voskevan, Barekamavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Quşçuayrım, Qaymaqlı, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərindəki mövqelərimiz də atəşə tutulub.
Azərbaycan Respublikası Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad, Kəngərli, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.