Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir – AÇIQLAMA

Cəbrayılın azad olunması Ordumuzun zabit və əsgərlərinin şücaətinin nəticəsidir –  AÇIQLAMA

Vətən müharibəsinin ilk günlərindən şanlı Ordumuz çətin də olsa, cəbhəni məhz bu istiqamətdən yardı

Bakı, 4 oktyabr, AZƏRTAC

Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonundan 362 nəfər şəhid olub, 191 nəfər əlil olub, altı nəfər Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb. 1930-cu ildə yaradılan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, cənub tərəfdən İran, cənub qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.

Məlum olduğu kimi, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşmən işğalından azad olunub. 2016-cı ildə Aprel döyüşləri zamanı isə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyi də düşməndən təmizləndi və nəticədə Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib.

Ehtiyatda olan polkovnik, əslən Cəbrayıl rayonundan olan Ələsgər Ağayev AZƏRTAC-a açıqlamasında həmin günlər barədə danışıb.

O xatırladıb ki, sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də daxil olmaqla ölkəmizin bir neçə yaşayış məntəqəsini iriçaplı silahlardan, minaatanlardan və artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində mülki əhali arasında ölüm və yaralananlar olub. Lakin düşmənin atəşkəsi pozmasına cavab olaraq ona adekvat cavab verilib. Ermənistan silahlı qüvvələrinin mövqelərinə zərbələr endirilib və onun atəş nöqtələri dərhal susdurulub. Ordumuz tərəfindən Xudafərin yaşayış məntəqəsi ələ keçirildikdən sonra Cəbrayıl rayonunun bir şəhəri, 97 kəndi və 4 qəsəbəsi düşmən tapdağından azad edilib. Eyni zamanda Azərbaycan ilə İran arasındakı dövlət sərhədi Silahlı Qüvvələrimizin tam nəzarəti altına keçib.

Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində Cəbrayıl şəhərindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının artilleriya rəisi məhv edilib. Eləcə də həmin diviziyanın silah və texnikası qənimət kimi ələ keçirilib.

Onun sözlərinə görə, Cəbrayıl şəhəri və bir neçə yaşayış məntəqəsi nəzarətə götürüldükdən sonra hücum həm Arazboyu, həm də Hadrut qəsəbəsi istiqamətlərində dərinliyə və cinahlara inkişaf etdirilməyə başlayıb. Ertəsi gün Cəbrayıl rayonu istiqamətində Ordumuzun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistanın “SU-25” hücum təyyarələri Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən məhv edilib. Müzəffər, Ali Baş Komandan Prezident İlham Əliyev öz tviter səhifəsində paylaşım edərək Silahlı Qüvvələrimizin qədim Xudafərin körpüsü üzərində Azərbaycanın üçrəngli bayrağını qaldırdığını elan edib.

Cəbrayılın azad olunması ilə Laçın dəhlizi Azərbaycan Ordusunun nəzarətinə götürüldü

Cəbrayıl rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun möhtəşəm Qələbəsidir. Bu Zəfər hər bir zabit, gizir və əsgərimizin fədakarlığının və şücaətinin parlaq nəticəsidir. Vətən müharibəsinin ilk günlərindən şanlı Ordumuz çətin də olsa, cəbhəni məhz bu istiqamətdən yardı. Cəbrayılda qazanılmış uğurlar ordumuzun Xocavənd, strateji yöndən əhəmiyyətə malik olan Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatların aparılması üçün geniş imkan yaratdı. Cəbrayılın azad olunması ilə əvvəlcə Zəngilan, sonra Qubadlı və Laçın rayonlarının cənub hissələri düşmən tapdağından təmizləndi. Eyni zamanda, Laçın dəhlizi kimi strateji ərazi Azərbaycan Ordusu tərəfindən nəzarətə götürüldü.

2020-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Beləliklə, döyüşlərdə iştirak edən minlərlə hərbi qulluqçumuz Müzəffər Ali Baş Komandan tərəfindən həmin medallarla təltif olunub.

Cəbrayıl azad olunduqdan sonra ora gedib kəndlərindəki öz evlərini tapdığını, önündə səhra geyimində şəkil çəkdirdiyi üçün sevincli olduğunu vurğulayan ehtiyatda olan polkovnik deyib: “2020-ci ildə İkinci Qarabağ müharibəsi yeni başa çatdıqdan sonra Cəbrayıla getdim. Ümumiyyətlə Cəbrayılda bir dənə də olsun salamat ev qalmayıb. Doğma Dağ xələfli kəndimizə qayıdanda onu tanımadım, ermənilər orada daşı daş üstə qoymayıblar, evlərimizi dağıdıblar.

Vətən müharibəsi zamanı N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olmuşam. Bu illər ərzində hər gecə yatarkən yuxumda kəndimizi görürdüm. Doğma el-obamıza gec-tez qayıdacağımıza inanırdım. Ölkəmizin iqtisadiyyatı inkişaf etdi, Ordumuzda islahatlar aparıldı, peşəkar zabit kadrları yetişdi. Gündən-günə güclənən Ordumuz, nəhayət 2020-ci ilin sentyabrında əks-hücum əməliyyatı keçirərək işğal altında olan ərazilərimizi düşməndən azad etdi. Odur ki, torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Ələsgər Ağayev qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Prezident İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. Cəbrayıl şəhəri də artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Şəhərin Baş planı bu ilin iyulunda Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilib. Şəhərin bərpası və inkişafı üçün dörd mərhələ nəzərdə tutulur. 2026-cı ilin sonunadək təqribən 3800 nəfərin şəhərdə yerləşəcəyi proqnozlaşdırılır. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb. Burada yaşayış binalarının, fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Ümidvaram ki, azad edilmiş digər rayonların sakinləri kimi, cəbrayıllı məcburi köçkünlərimiz də çox yaxın zamanda öz dədə-baba yurdlarına qayıdacaqlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda da oynamayacaq

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO