“CƏLİL MƏMMƏDQULUZADƏ MÜKAFATI” MÜSABİQƏSİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Yasamal Bələdiyyəsi və Cəlil Məmmədquluzadənin Bakıdakı ev muzeyi birlikdə dahi yazıçı, dramaturq, publisist, “Molla Nəsrəddin” jurnalının yaradıcısı və redaktorunun şərəfinə növbəti “C.Məmmədquluzadə mükafatı” müsabiqəsi keçirir.
Üç nominasiya -“C.Məmmədquluzadə haqqında və bütövlükdə, XIX-XX əsrlər Azərbaycan ədəbi mühitinə, jurnalistika tarixinə həsr olunmuş ən yaxşı elmi-publisistik əsər”, “Mollanəsrəddinçilik ənənələrini davam və inkişaf etdirən ən yaxşı satirik şer və ya felyeton” və “Ən jaxşı karikatura”-üzrə keçirilən müsabiqəyə iyun ayında yekun vurulacaqdır. Qaliblərə pul mükafatı və üzərində C.Məmmədquluzadənin surəti olan diplom veriləcəkdir.
Müsabiqəyə mətbuatda dərc olunmayan əsərlər fevralın 1-dən aprelin 1-dək C.Məmmədquluzadənin ev muzeyində (B.Tağızadə küçəsi, 56) qəbul edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]