CƏLİLABADDA KƏRPİC ZAVODUNUN FƏALİYYƏTİ BƏRPA OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Cəlilabad rayonunun Bəcirəvan kəndində uzun müddət fəaliyyəti dayanmış kərpic zavodu səhmdar cəmiyyətə çevrildikdən və iş adamı Vaqif Eynullayev zavoda rəhbər təyin edildikdən sonra burada yenidənqurma işlərinə başlanmışdır.
Hazırda zavodda 45 nəfər işləyir.
Zavod tam gücü ilə işə düşdükdən sonra gün ərzində 20 min ədəd bişmiş kərpic istehsal edəcək, burada işləyənlərin sayı 110 nəfərə çatacaqdır.
Cari ilin avqust ayının sonlarına qədər zavod ilk məhsullarını alıcılara təklif edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [09:27]
Azərbaycan nefti 124 dollara satılır VİDEO
- 03.10.2026 [07:32]
Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq
- 02.10.2026 [19:00]