Cəlilabadda sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd fəaliyyət göstərən kafe aşkarlanıb
Cəlilabad, 24 iyul, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizin bir sıra şəhər və rayonlarında, o cümlədən Cəlilabad şəhərində tətbiq edilən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarazəncir kəndində fəaliyyət göstərən “Rövşən” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
Sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulduğu həmin obyektin fəaliyyəti ilə bağlı 4 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar cərimə olunublar.
Həmin şəxslərlə, həmçinin maarifləndirmə söhbətləri aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:27]
Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]