Cənubi Afrikada 2020-ci ildə rekord səviyyədə sitrus ixracatı gözlənilir
Madrid, 17 iyun, AZƏRTAC
Cənubi Afrika Sitrus İstehsalçıları Assosiasiyası builki ixracatın həcmini proqnozlaşdırıb.
AZƏRTAC xəbər verir ki, Cənubi Afrika ötən illə müqayisədə satışın həcmini 13 faiz artırmaq və ixracın rekord səviyyəsinə çatmaq imkanına malikdir. Cənubi Afrikadan sitrus ixracatının gözlənilən artımı əsasən iki amillə bağlıdır: yeni plantasiyaların istehsal gücü və əlverişli hava şəraiti.
Lakin Cənubi Afrika Cənub yarımkürəsində sitrus ixracat həcminin artacağının gözlənildiyi yeganə ölkə deyil. Ümumdünya Sitrus İstehsalçıları Təşkilatı Cənub yarımkürəsi üçün ilk istehsal proqnozunu dərc edib. Buraya Argentina, Avstraliya, Çili, Peru, Cənubi Afrika və Uruqvayda yerləşən sahəvi assosiasiyaların nəticələri daxil edilib. Sitrus məhsulunun 8.387.341 ton təşkil edəcəyi gözlənilir. Bununla yanaşı, ixracatın həcminin 12 faiz və ya 3.486.883 ton artacağı proqnozlaşdırılır.
Sitrus meyvələrinə dünya üzrə tələbatın artması COVID-19 pandemiyası dövründə orqanizmin immunitetinin möhkəmləndirilməsinə ehtiyacın olması ilə şərtləndirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]