Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi amerikalı jurnalistlər Füzulidə minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər

Füzuli, 26 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Ölkəmizdə səfərdə olan cənubi amerikalı jurnalistlər avqustun 26-da Füzulidə Minatəmizləmə Agentliyinin nümayəndələri ilə görüşüb, minalanmış sahələrin təmizlənməsi prosesini izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici jurnalistlər Füzuli-Cəbrayıl yolunda minatəmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ildir işğal altında qalan torpaqlarını düşməndən azad edib. Ermənistan tərəfi həm işğal dövründə, həm də müharibə vaxtı Azərbaycan torpaqlarına yüz minlərlə mina basdırıb. Hazırda azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bütün gücü ilə davam edir. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100-dən çox insan yaralanıb.

Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını da ləngidir. Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan isə mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin dəqiq olan mina xəritələrini Azərbaycana versin. Çünki bəzi rayonların mina xəritələrini versələr də, onların dəqiqliyi 25 faizə bərabərdir.

Diqqətə çatdırılıb ki, təmizlənmiş ərazilərdə əsasən Rusiya istehsalı olan tank əleyhinə və Ermənistan istehsalı olan piyada əleyhinə minalar aşkarlanır. Təkcə bu gün 10 belə mina aşkarlanaraq zərərsizləşdirilib.

Qonaqlara məlumat verilib ki, Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Böyük infrastruktur layihələri - avtomobil yolları, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları tikilir. Növbəti mərhələdə isə yaşayış yerlərinin inşasına start veriləcək. Artıq ilk belə pilot layihə Cəbrayılda həyata keçirilir. Bütün bu işlərin sürətlə aparılması üçün ərazilərin minalardan təmizlənməsi vacib şərtdir.

Sonra qonaqlar Cəbrayıl rayonuna yola düşüblər.

Qeyd edək ki, avqustun 26-da Cənubi Amerikadan olan KİV nümayəndələrinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Qonaqları Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşı Emin Ələsgərov müşayiət edir. Səfərin məqsədi cənubi amerikalı jurnalistlərin işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazilərində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumatlandırılmasıdır. Üç günlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar.

Cənubi Amerikadan gələn media qrupuna Meksikanın ən nüfuzlu KİV-indən olan “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın geniş izləyici kütləsinə malik “Impacto Mundo” telekanalının aparıcısı, ölkənin ən nüfuzlu siyasi xəbər portallarından “Las2Orillas”, “El Expediente” və “Ola Politica” agentliklərinin müxbiri Roberto Trobaxo, Perudan olan siyasi şərhçi, ölkənin aparıcı jurnalistlərinin bir arada cəmləşdiyi “Peru Jurnalistlər Federasiyası”nın vitse-prezidenti Rikardo Sançes, Perunun nüfuzlu “La Razon” qəzeti və “Prensa21” xəbər portalının direktoru Karlos Linares Uarinqa, Kosta-Rikadan isə “Horizontes TV” telekanalının aparıcısı Denis Mora Qusman daxildirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rezidenturaya ixtisas fənləri üzrə sınaq imtahanı təşkil olunacaq

Kustanaylı şahmat vunderkindi: 11 yaşlı azərbaycanlı 83 medal qazanıb

Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

Fransa Burkina Fasodakı diplomatik fəaliyyətini yenidən təşkil edəcək

Argentina dünya çempionatının debütantı Kabo-Verde ilə üz-üzə gəlir

Bu gün Beynəlxalq Polietilen Paketdən İmtina Günüdür

“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kilovoltluq yarımstansiyalar tikir VİDEO

“AzərEnerji” Xankəndi və Ağdərədə 110 kilovoltluq yarımstansiyalar tikir VİDEO

“Citigroup”: “Brent” neftinin qiyməti 60-65 dollara enə bilər

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar

Fransada iyun ayındakı anomal istilərdə 2025 nəfər ölüb

Azərbaycan Universitetində XXXII “Məzun günü”

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayıb - ŞƏRH

Dünya çempionatında üç rekord yenilənib

Yulian Naqelsman Almaniya millisinin baş məşqçi postundan ayrılıb

Nazir Rəşad Nəbiyev BMT-nin Baş katibinin elçisini Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı islahatlar barədə məlumatlandırıb

Qabiliyyət imtahanlarında iştirak etmək üçün 30 minə yaxın abituriyent qeydiyyatdan keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə iyun ayında 13 mindən çox müraciət daxil olub

Hakan Fidan: Biz dostlarımızı və düşmənlərimizi müəyyən etmək üçün kifayət qədər yetkinik

Xorvatiya nümayəndə heyəti Milli Müdafiə Universitetinin hərbi təhsil müəssisələrini ziyarət edib

Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair bu ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb

Pentaqon Avropada hərbi kontingentinin ixtisarı üzrə yeni plan hazırlayır

“Wizz Air” Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır

UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Fransada meşə yanğınları davam edir, minlərlə sakin təxliyə olunub

Dünya bazarında gümüş bahalaşıb VİDEO

Dünya bazarında gümüş bahalaşıb VİDEO

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Azərbaycan nefti 71 dollara satılıb VİDEO

Azərbaycan nefti 71 dollara satılıb VİDEO

Oleksandr Mişenko: Ukrayna-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa tam uyğundur VİDEO

Oleksandr Mişenko: Ukrayna-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlığa tam uyğundur VİDEO

Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni regional reallıqları və sülh gündəliyini qəbul edir ŞƏRH

Paytaxtın bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Dünya çempionatında 1/8 finalın növbəti iştirakçısı İsveçrə millisi olub

Azərbaycanın Qazaxıstandakı səfiri medalla təltif edilib

Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir

İsveçrə millisi dünya çempionatında yeni rekorda imza atıb

Mərkəzi Afrika Respublikasında üsyançıların şəhərə hücumu nəticəsində 28 nəfər həlak olub

Dünya çempionatı: 1/8 finalın 6 cütlüyü müəyyənləşib

Dünya bazarında qızıl bahalaşıb VİDEO

Dünya bazarında qızıl bahalaşıb VİDEO

Medvedev: Finlandiya artıq Rusiyanın nüvə silahlarının hədəfləri siyahısındadır

DÇ-2026: Xorvatiya üzərində əzmkar qələbə qazanan Portuqaliya 1/8 finalda

Ronaldu karyerasında 976-cı, dünya çempionatlarının pley-off mərhələsində ilk qolunu vurub

Nyu-Yorkun ən böyük çimərliyi köpəkbalıqlarına görə bağlana bilər

Avropa İttifaqı “Shein”, “Temu” və “AliExpress” mallarına yeni tariflər tətbiq edir

Tramp İlon Maskla aralarında kiçik mübahisə olduğunu etiraf edib

Dünya çempionatı: Ronaldu 41 yaşında pley-off oyununa çıxan ilk futbolçu olub

ABŞ Prezidenti: İran danışıqlar zamanı bizə lazım olan hər şeyə razılıq verib

Ronaldu dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını bitirəcək

Tramp: Bu, təkcə müharibə deyil, İranın nüvə silahından imtinasıdır

İspaniyalı qapıçı dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib

Tramp: Hazırda biz qızıl dövrümüzü yaşayırıq

Suriyada terror aktı nəticəsində ölənlərin sayı artıb

İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib

Azərbaycan basketbol millisinin baş məşqçisi: Oyunçularımız meydanda sona qədər döyüşdülər

Hakan Fidan: ABŞ Türkiyəyə tətbiq etdiyi CAATSA sanksiyalarını ləğv edə bilər

Qəbələdə xidmətdə fərqlənən polis əməkdaşları mükafatlandırılıb

Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər

Azərbaycan basketbol millisi seçmə mərhələdə növbəti qələbəsini qazanıb

Gəncədə dövlət qurumlarının əməkdaşları atıcılıq turnirində qüvvələrini sınayıblar

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatına böyük maraq var

Monakoda üç nəfərin yaralandığı partlayışı törədənin ukraynalı qadın olduğu bildirilir

Türkiyə Xarici İşlər Nazirliyi: Suriya xalqı ölkədəki sabitliyi pozmaq cəhdlərinə layiqli cavab verəcək

Türkiyə və Misir beynəlxalq nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq edəcək

Akademik Hüseyn Əhmədovun zəngin elmi irsinin daha geniş təbliği məqsədilə xüsusi sayt yaradılır

Drezdendə Avropanın ən böyük çip zavodlarından biri fəaliyyətə başlayıb

Ordubad rayonuna təbii qazın verilişi bərpa olunub

Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib

SAAB təyyarələri NATO-nun hava nəzarəti üçün yeni standart ola bilər

Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək

Fransada partiya lideri elektron qolbaqla seçki kampaniyası aparmayacağını açıqlayıb

Cəmilə Əsgərova: Konsert çıxışları uşaqlara yaxşı təsir göstərir

“İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyəli nazir: NATO sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri ölkənin bir çox əyalətini əhatə edəcək

Avropa İttifaqı ilə Azərbaycan arasında dialoq yaşıl enerji istiqamətində də sürətlə inkişaf edib - ŞƏRH

Bu saata olan əsas xəbərlər

Aktotı Raimkulova: Birinci Türkoloji Qurultayın ideyaları yeni inkişaf mərhələsinə qədəm qoyur

BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir

Türkiyənin hərbi-sənaye kompleksinin aparıcı şirkətləri yeni məhsullarını təqdim edəcək

Nazir: Özbəkistan Prezidentinin Gürcüstana səfəri hər iki ölkə üçün tarixi fürsətdir

Ölkədə rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrində fəaliyyət təkmilləşdirilir ŞƏRH

Qazaxda yeniyetmə çayda batıb

Özbəkistan Prezidenti Gürcüstana səfər edib

Bakıda keçiriləcək beynəlxalq musiqi festivalının proqramı açıqlanıb

Gəncə XV Beynəlxalq İpək Yolu Festivalına ev sahibliyi edir

“Sabah”ın basketbolçusu İspaniya klubuna keçib

BMT Baş katibinin elçisi Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib

İstanbul Universitetinin professorları Şərqşünaslıq İnstitutunda olublar

Ekspert: Orta Dəhliz üzrə həyata keçirilən layihələr Azərbaycanın tranzit rolunu gücləndirir

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı Türkiyədə nəşr olunan bülletendə geniş işıqlandırılıb

Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir VİDEO

Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir VİDEO

AzTU ingilis dilinin tədrisində Orta Doğu Texniki Universitetinin təcrübəsindən faydalanacaq

Ordubadda minik avtomobili qaz xəttini qırıb

Ağdamda “Adsız qəhrəman” sənədli filminin təqdimatı olub VİDEO

Ağdamda “Adsız qəhrəman” sənədli filminin təqdimatı olub VİDEO

Ənənəvi əkinçilikdən intensiv bağçılığa: Saatlıda uğurlu təcrübə VİDEO

Ənənəvi əkinçilikdən intensiv bağçılığa: Saatlıda uğurlu təcrübə VİDEO

® Vergi islahatları – Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında

Yoqa ürəyin sağlamlığının dəstəklənməsinə və stresin azalmasına kömək edə bilər

Politoloq: Azərbaycan-Aİ münasibətlərinin inkişafı üçün geniş potensial mövcuddur

Azərbaycan polisi sabitliyin, təhlükəsizliyin və hüquqi dövlət prinsiplərinin qorunmasına xidmət edir ŞƏRH

Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Dominikanla ikitərəfli protokol imzalanıb