Ronaldu dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını bitirəcək
Bakı, 3 iyul, AZƏRTAC
Ulduz futbolçu Kriştianu Ronaldu ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatından sonra Portuqaliya millisindəki karyerasını başa vuracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə 41 yaşlı hücumçunun bacısı Katya Aveyru “Sport TV”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, DÇ-2026 təcrübəli forvardın yığma ilə birlikdə çıxış etdiyi son turnir olacaq. O, mundialdan sonra milli komanda ilə vidalaşacaq.
Qeyd edək ki, Portuqaliya millisi dünya çempionatının 1/16 final mərhələsində bu gün Xorvatiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Bu cütün qalibi 1/8 finalda İspaniyanın rəqibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]