Monakoda üç nəfərin yaralandığı partlayışı törədənin ukraynalı qadın olduğu bildirilir
Paris, 2 iyul, AZƏRTAC
Monakoda ukraynalı oliqarx və ailəsinin yaralanmasına səbəb olan partlayışla bağlı aparılan istintaqda əsas şübhəlinin Ukraynaəsilli, 30 yaşlarında bir qadın olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, istintaqa yaxın mənbələrin məlumatına görə, bu nəticə dindirilən şahidin ifadələrinə əsaslanır. Hadisədən bir neçə dəqiqə əvvəl şübhəli qadın oliqarxın yaşadığı binanın yaxınlığındakı kiçik meydanda müşahidə kameraları tərəfindən qeydə alınıb.
Müstəntiqlər hesab edirlər ki, qadın ehtimal olunan əlaltıları ilə birlikdə hadisədən sonra İtaliyaya qaçmış ola bilər. Onun axtarışları davam etdirilir.
Partlayış nəticəsində yaralananlardan biri Vadim Yermolayevdir. 58 yaşlı iş adamı Ukraynanın ən varlı şəxslərindən biri hesab olunur, Monakoda yaşayır və Kipr vətəndaşlığına malikdir. Digər iki zərərçəkən də onun ailə üzvləridir.
Prokurorluğun məlumatına görə, oliqarxın həyatı üçün təhlükə artıq aradan qalxıb. Lakin yaralanan qadının vəziyyəti hələ də ağır olaraq qalır, 13 yaşlı uşaq isə yüngül xəsarətlər alıb. İstintaq partlayışın səbəbləri və mümkün iştirakçıların müəyyənləşdirilməsi istiqamətində davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [22:19]
Türkiyə və Misir beynəlxalq nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq edəcək
- 02.07.2026 [21:49]
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri fəaliyyətə başlayıb
- 02.07.2026 [21:36]
SAAB təyyarələri NATO-nun hava nəzarəti üçün yeni standart ola bilər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Qazaxda yeniyetmə çayda batıb
- [19:03]
Kiyevdə matəm günü elan olunub
- [16:22]