Dünya çempionatı: Ronaldu 41 yaşında pley-off oyununa çıxan ilk futbolçu olub
Bakı, 3 iyul, AZƏRTAC
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 41 yaşında dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ilk futbolçu olub.
AZƏRTAC Opta-ya istinadən xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın 1/16 final mərhələsinin Xorvatiya ilə matçında start heyətində yer alıb. Hazırda ilk hissəsi davam edən görüşdə hesab açılmayıb – 0:0.
Bu cütün qalibi 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]