Bakıda keçiriləcək güləş üzrə dünya çempionatına böyük maraq var
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına böyük maraq var.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışa dünyanın müxtəlif ölkələrindən 650-dən artıq idmançının adı qeydiyyatdan keçirilib. Mundialla bağlı Azərbaycana ümumilikdə 1000-dən artıq qonağın gəlişi gözlənilir.
Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Ardınca qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Yarışın son günlərində isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.
Görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Çempionatın təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]