İspaniya millisi dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib
Bakı, 3 iyul, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, mundialın əsas favoritlərindən hesab olunan İspaniya millisi Avstriya yığması ilə qarşılaşıb. ABŞ-nin Los-Anceles şəhərindəki “Sou-Fay” stadionunda oynanılan görüş ispanların qələbəsi ilə başa çatıb – 3:0. Matçda ilk qolu 36-cı dəqiqədə Mikel Oyarsabal vurub. 66-cı dəqiqədə Pedro Porro hesab arasında fərqi 2 topa çatdırıb. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Oyarsabal qoyub.
Bu qələbə ilə adını 1/8 finala yazdıran İspaniya millisinin növbəti rəqibi Portuqaliya – Xorvatiya cütünün qalibi olacaq. Həmin oyun bu gecə saat 03:00-da başlayacaq. Saat 07:00-da isə İsveçrə millisi Əlcəzairi sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:45]
Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [10:33]