Azərbaycan basketbol millisinin baş məşqçisi: Oyunçularımız meydanda sona qədər döyüşdülər
Bakı, 3 iyul, AZƏRTAC
Matçın olduqca çətin keçəcəyini əvvəlcədən bilirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Avropa çempionatının ilkin seçmə mərhələsində səfərdə Lüksemburqu 76:74 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, qalib gəldikləri matçı vacib sınaq adlandırıb: "Basketbolçular meydanda sona qədər döyüşdülər, əla mübarizə apardılar və nəticədə çox çətin qələbə qazandıq. Bütün komandanı təbrik edirəm. Lakin arxayınlaşmağa vaxtımız yoxdur. Düşünürəm ki, artıq indidən bütün diqqətimizi İrlandiya seçməsinə qarşı keçirəcəyimiz qrupun son oyununa yönəltməliyik. Doğma azarkeşlər önündə əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".
Qeyd edək ki, bu, Azərbaycan yığmasının qrupda ikinci qələbəsi olub. Komanda qrupda sonuncu oyununu iyulun 5-də saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]