Yoqa ürəyin sağlamlığının dəstəklənməsinə və stresin azalmasına kömək edə bilər
Bakı, 2 iyul, AZƏRTAC
Harvard Universitetinin nəzdində fəaliyyət göstərən Harvard Tibb Məktəbinin mütəxəssisləri müntəzəm yoqa məşqlərinin fiziki hazırlığın artırılması ilə yanaşı, ürək sağlamlığının qorunmasına və psixoloji rifahın yaxşılaşmasına müsbət təsir göstərdiyini bildiriblər.
AZƏRTAC “Harvard Health” nəşrinə istinadla xəbər verir ki, yoqa əzələ gücünü, elastikliyi və bədən tarazlığını inkişaf etdirən, eyni zamanda, nəfəs məşqləri və meditasiya elementlərini özündə birləşdirən fiziki aktivlik növüdür.
Araşdırmalara əsasən, bu məşqlər stres səviyyəsinin azalmasına, diqqətin cəmlənməsinə və ümumi sağlamlıq göstəricilərinin yaxşılaşmasına kömək edə bilər.
Nəticələrin icmalında yoqa ilə məşğul olan şəxslərdə arterial təzyiqdə, xolesterinin səviyyəsində, bədən çəkisində və ürək-damar xəstəlikləri üçün risk yaradan digər göstəricilərdə müsbət dəyişikliklərin müşahidə olunduğu müəyyənləşib. Müəlliflər bildiriblər ki, bu təsirlər intensiv gəzinti və digər aerob məşqlərin verdiyi faydalara yaxındır.
Bununla yanaşı, mütəxəssislər vurğulayıblar ki, mövcud elmi sübutlar yoqanın infarkt və ya insultun qarşısını aldığını təsdiqləmir. Bu səbəbdən yoqa sağlam həyat tərzinin bir hissəsi kimi qiymətləndirilməli, tibbi müalicəni əvəz edən üsul kimi qəbul olunmamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [16:46]
Baş prokuror Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək
- 02.07.2026 [16:39]
Narkomanlığa qarşı mübarizəyə dair profilaktik tədbirlər davam etdirilir
- 02.07.2026 [15:52]
108 il insanların və gələcəyin keşiyində VİDEO
- 02.07.2026 [15:26]
“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində
- 02.07.2026 [14:36]
Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
- 02.07.2026 [14:33]