Azərbaycan basketbol millisi seçmə mərhələdə növbəti qələbəsini qazanıb
Bakı, 2 iyul, AZƏRTAC
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib. Oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.
Qeyd edək ki, bu, Azərbaycan yığmasının qrupda ikinci qələbəsi olub. Komanda qrupda sonuncu oyununu iyulun 5-də saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]