BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir
Vaşinqton, 2 iyul, AZƏRTAC
15 üzvdən ibarət Təhlükəsizlik Şurası İranın son günlərdə Bəhreyn və Küveytə hücumlarından sonra Körfəz bölgəsində artan gərginliyi müzakirə etmək üçün fövqəladə iclas keçirir.
AZƏRTAC xəbər verir ki, iclas Bəhreyn tərəfinin tələbi əsasında baş tutub.
İclasda BMT Baş katibinin köməkçisi, Siyasi və Sülh Quruculuğu İşləri Departamenti Elizabet Sfehar, Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani, Küveyt və İran tərəfi iştirak edir.
İclasda çıxış edən Elzabet Sfehat bildirib ki, ötən həftəsonu ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması vəziyyətin nə qədər kövrək olduğunu göstərir. Onun sözlərinə görə, Dohada Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar isə diplomatik həllə ümid yaradır.
O vurğulayıb ki, hər yeni genişmiqyaslı münaqişə region, beynəlxalq təhlükəsizlik və qlobal iqtisadiyyat üçün ağır nəticələr doğura bilər.
Abdullətif bin Rəşid əl-Zayani İranın hücumlarının yalnız hərbi hədəflərə yönəldiyi iddiasını rədd edərək, aprelin 5-də yaşayış məntəqəsindəki ammonyak anbarına zərbə endirilməsini misal göstərib və bunun böyük humanitar fəlakətə səbəb ola biləcəyini deyib.
O, hücumların dərhal dayandırılmasını tələb edib, bunların BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsini pozduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [19:02]
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
- 02.07.2026 [17:41]
Nigeriya Beynəlxalq Enerji Agentliyinə “tərəfdaş ölkə” kimi qoşulub
- 02.07.2026 [16:34]
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
- 02.07.2026 [16:22]
Kiyevdə matəm günü elan olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Qazaxda yeniyetmə çayda batıb
- [19:03]
Kiyevdə matəm günü elan olunub
- [16:22]