Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
Paris, 2 iyul, AZƏRTAC
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid edilən “Tagor” neft tankerinin sahibini bayraq qeydiyyatı qaydalarını pozmaq və hüquq-mühafizə orqanlarının göstərişlərinə tabe olmamaqda təqsirli bilərək 1 milyon avro cərimələyib.
AZƏRTAC xəbər verir ki, Brest prokurorluğunun məlumatına görə, may ayının sonunda Atlantik okeanında Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan tanker üzərindəki inzibati məhdudiyyətlər ləğv ediləcək və gəminin Fransa ərazi sularını tərk etməsinə icazə veriləcək.
Marşal adalarında qeydiyyatdan keçmiş gəmi sahibi günahını etiraf edib və cəriməni artıq ödəyib. Şirkət, həmçinin yaxın vaxtlarda gəmi üçün qanuni yeni bayraq qeydiyyatı almağı öhdəsinə götürüb.
Fransa mediasının məlumatına əsasən, “Tagor” əvvəllər Madaqaskar, Marşal adaları və Panama bayraqları altında üzüb. ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalan tanker Qərb ölkələri tərəfindən Rusiyanın neft ixracını davam etdirmək üçün istifadə edilən “kölgə donanması”nın tərkib hissəsi hesab olunur.
Bu, 2025-ci ilin sentyabrından bəri Fransa tərəfindən saxlanılan dördüncü belə tankerdir. İyunun 23-də Siciliya sahillərində saxlanılan “Deliver” adlı digər tanker isə hələ də Marsel-Fos limanının neft terminalı yaxınlığında qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [22:19]
Türkiyə və Misir beynəlxalq nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq edəcək
- 02.07.2026 [21:49]
Drezdendə Avropanın ən böyük çip zavodlarından biri fəaliyyətə başlayıb
- 02.07.2026 [21:36]
SAAB təyyarələri NATO-nun hava nəzarəti üçün yeni standart ola bilər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Qazaxda yeniyetmə çayda batıb
- [19:03]
Kiyevdə matəm günü elan olunub
- [16:22]