Cənubi Koreya ilə rabitə kanallarını bərpa etmək təklifini KXDR irəli sürüb
Bakı, 3 avqust noyabr, AZƏRTAC
Cənubi Koreya ilə ötən yay Şimali Koreyanın təşəbbüsü səbəbindən kəsilmiş rabitə kanallarını bərpa etmək təklifini birinci olaraq məhz KXDR lideri Kim Çen In irəli sürüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya parlamentinin deputatlarına istinadla məlumat yayıb.
Şimali və Cənubi Koreya, nəhayət, münasibətləri və rabitə kanallarının işini bərpa etmək haqqında razılığa gəliblər. Məlum olub ki, dövlət başçıları son aylar bir neçə dəfə məktublaşıblar və bu da kommunikasiyaların bərpası ilə nəticələnib. Bu, eyni zamanda Seul və Pxenyan ilə dialoqun bərpasına ümid yaradıb. Hətta Cənubi Koreya KXDR-ə koronovirus şəraitində virtual danışıqlar üçün konfrans sistemi qurulmasını təklif edib.
Lakin əvvəlcə rəsmi şəxslər əlaqələrin bərpası təklifinin hansı tərəfdən gəldiyini şərh etməkdən boyun qaçırırdılar. İndi isə Koreya Respublikası parlamentinin deputatları bildirirlər ki, müvafiq təklif məhz KXDR lideri Kim Çen In tərəfindən irəli sürülüb.
Xatırladaq ki, 2020-ci ilin iyununda Cənubi Koreyanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları hava şarları vasitəsi ilə Şimala 500 minə yaxın təbliğat vərəqəsi göndərmişdi. Şimali Koreya rəhbərliyi buna cavab olaraq Seulla bütün rabitə kanallarını bağlamışdı.