Cənubi Koreyada leysan yağışları insan tələfatına səbəb olub
Bakı, 17 iyul, AZƏRTAC
Cənubi Koreyanın mərkəzi bölgələrinə yağan güclü leysan nəticəsində iki nəfər həlak olub, minə yaxın insan isə təhlükəli ərazilərdən təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, ölüm hallarından biri Osan, digəri isə Sosan şəhərində qeydə alınıb.
Ölkənin meteorologiya xidməti çərşənbə axşamı Sosan şəhərinə 344 millimetr yağıntının düşdüyünü bildirib.
Koreya Respublikasının hakimiyyət orqanları təbii fəlakət səbəbindən Çhunçhon və Kyonqido əyalətlərində həyəcan səviyyəsini ikinci pilləyə qaldırıblar.
Sinoptiklərin proqnozuna görə, yağışlar şənbə gününədək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]