Cənubi Koreyada mövsümün ən şaxtalı günləri yaşanır
Pekin, 10 yanvar, AZƏRTAC
Cənubi Koreyada bir neçə gündür müşahidə olunan soyuq hava mövsümün ən pik səviyyəsinə çatıb.
AZƏRTAC Cənubi Koreyanın meteorologiya qurumuna istinadla xəbər verir ki, Kanvon və Şimali Kyongi əyalətlərində havanın temperaturu – 20 dərəcə Selsidən aşağı düşüb. Kanvon əyalətinin Pyonçan rayonunda -24,9 dərəcə temperatur qeydə alınıb. Paytaxt Seulda da havanın temperaturu mövsümün ən aşağı (-12 dərəcə) səviyyəsinə düşüb. Külək havanı daha dondurucu edib.
Meteoroloqlar şaxtalı hava şəraitinin qarşıdakı bir neçə gün davam edəcəyini proqnozlaşdırıb.
Ölkənin şimal bölgələri ilə yanaşı cənub hissəsində də havanın hərarəti mövsüm normasından aşağı düşüb. Kvancu və Pusan şəhərlərində havanın temperaturu -10 dərəcəyə düşüb.
Şiddətli qar səbəbindən 21 avtomobil yolu bağlanıb, 20 istiqamətdə bərə səfərləri təxirə salınıb. Soyuq havanın fəsadlarından ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]