Cənubi Koreyada zəncirvari qəzalarda 100-dək avtomobil əzilib
Pekin, 14 yanvar, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Koyan şəhərində 43 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 9 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, hadisə yerli vaxtla səhər erkən saatlarda Seul-Munsan magistralında yolun buz bağlaması səbəbindən baş verib. Yolların buz bağlaması səbəbindən Koyan şəhərində daha bir neçə zəncirvari qəza olub ki, həmin hadisələrdə ümumilikdə 44 avtomobil toqquşub, 2 nəfər yaralanıb. Kimpo şəhərində isə 7 avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəzalar baş verən yollarda hərəkət dayandırılıb. Yolların buzdan təmizlənməsi üçün işlər aparılır.
Qeyd edək ki, Cənubi Koreyada bir neçə gündür şaxtalı və qarlı hava hökm sürür. Havanın temperaturu mövsüm normasından xeyli aşağıdır. Xüsusən ölkənin şimal hissəsində havanın temperaturu -20 dərəcə Selsidən də aşağı düşüb.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]