Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqazda dayanıqlı sülh dərin iqtisadi inteqrasiyadan və kommunikasiyaların açılmasından birbaşa asılıdır

Cənubi Qafqazda dayanıqlı sülh dərin iqtisadi inteqrasiyadan və kommunikasiyaların açılmasından birbaşa asılıdır

Sivil dünya ilə bir gəmidə olmaq istəməyən Ermənistanı daha böyük faciələr gözləyir

Bakı, 21 iyul, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri region dövlətlərinin diqqət mərkəzində qalmaqda davam edir. Çünki bu səfər Avropa İttifaqının (Aİ) yerləşdiyimiz coğrafiyaya yanaşma səviyyəsini, xüsusilə post-münaqişə dövründə Cənubi Qafqaza marağını nümayiş etdirir. Prezident İlham Əliyevin və Prezident Şarl Mişelin iyulun 18-də Bakıda keçirilən birgə mətbuat konfransı həm də bu cəhəti ilə yadda qaldı. Dövlətimizin başçısı bəyanatında həmin məqamı belə dəyərləndirdi: “Cənab Prezidentin Cənubi Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur”.

Bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev AZƏRTAC-a açıqlamasında deyib.

Deputat bildirib: “Prezident İlham Əliyev bu bəyanatı səsləndirməklə yüksək səviyyəli qonağın diqqətinə bir daha çatdırdı ki, Azərbaycan da Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsində maraqlıdır və ölkəmizin İttifaqa üzv olan dövlətlərin doqquzu - üçdəbiri ilə strateji tərəfdaşlığa dair imzaladığı sənədlər bunun əyani sübutudur. Prezidentimiz çıxışında xüsusi olaraq bir daha vurğuladı ki, bu illər ərzində qət olunan yol və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələr münasibətlərdə etibarlı tərəfdaş olduğumuzun təsdiqi deməkdir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi Aİ-nin payına düşür və ötən il bu göstərici 9,5 milyard ABŞ dolları təşkil edib. Ölkəmizin Avropa İttifaqına üzv dövlətlərə ixracat həcmi 6,8 milyard ABŞ dollarına bərabərdir və bu ölkələrin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rola xüsusi diqqət ayırdı və bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard ABŞ dolları həcmində ümumi investisiya qoyuluşu iqtisadi-siyasi əlaqələrimizin qarşılıqlı əhəmiyyətindən və faydalılıq səviyyəsindən xəbər verir. Ötən ilin son günlərində istismara verilən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti - Trans-Adriatik kəməri vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə artıq 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizində tutduğu yerin müstəsnalığına dəlalət edir. Ümumi yükaşırma qabiliyyəti 25 milyon tonadək olan Ələt Beynəlxalq Ticarət Limanının açılışı isə ölkəmizin logistik və nəqliyyat imkanlarının potensialından xəbər verir. Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə yatırdığı irimiqyaslı investisiyalar, 2023-cü ilədək Füzuli, Zəngilan və Laçında bir-birinin ardınca açılması nəzərdə tutulan yeni hava limanları, çəkilən avtomobil və dəmir yolları imkan verəcək ki, regional və qlobal inteqrasiya prosesləri daha da sürətlənsin. Bölgəmizin perspektivlərinə bu cür baxış Cənubi Qafqaz ölkələri ilə yanaşı, bütün region dövlətlərinin marağına cavab verir, eləcə də Avropa və Asiyanın daha sıx iqtisadi inteqrasiyasına xidmət edir”.

Prezident İlham Əliyevin bölgədaxili və regional iqtisadi əlaqələrə konseptual yanaşma tərzinin, habelə həmin əlaqələrin Avropa və Asiya məkanındakı dövlətlərin maraqları ilə tarazlı şəkildə uzlaşdırılmasına yönələn mövqeyinin həm də iqtisadi tərəqqi və rifah məsələlərinin həlli ilə yanaşı, yeni münaqişə ehtimallarını və Ermənistan kimi ölkələrin işğalçılıq niyyətlərinin gələcəkdə minimuma endirilməsinə xidmət edəcəyini vurğulayan Ü.Quliyev deyib: “Çünki son 30 ildə bu cür məkrli niyyətdən ən çox əziyyət çəkənlərdən biri məhz Azərbaycan olub. Dövlətimizin başçısı mətbuat konfransında bu məsələyə də xüsusi yer ayırdı və yüksək səviyyəli qonağın diqqətinə mövcud həqiqətləri bir daha çatdırdı: “Oralar yerlə-yeksan edilib və həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı deyil, müharibədən sonrakı dövrdə törədilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər”. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin simasında Aİ-yə üzv ölkələrin və dünya dövlətlərinin diqqətini Vətən müharibəsi günlərində Ermənistan tərəfindən törədilmiş digər müharibə cinayətlərinə də yönəltdi: “Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tuturdular. Bu, sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SKUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib”. Dövlətimizin başçısı Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayəti ilə yanaşı, onun digər müharibə cinayətini - Qarabağ ərazisini total şəkildə minalamasını da Prezident Şarl Mişelin diqqətinə çatdırdı və bu da təsadüfi deyildi. Çünki müharibədən ötən səkkiz ay ərzində bəzi istisnaları çıxmaq şərtilə, Ermənistan tərəfindən törədilmiş vandallıq aktlarının beynəlxalq mediada işıqlandırılmasına baxmayaraq, onun bu əməllərinin sərt və adekvat şəkildə qınanması nümunələri cəmiyyətimiz üçün yetərli görünmür”.

Ü.Quliyev mətbuat konfransında diqqət çəkən bir neçə mühüm məqamı xüsusi vurğulayaraq qeyd edib: “Prezident İlham Əliyev Avropa İttifaqına üzv ölkələrə və beynəlxalq birliyə bir daha bu mesajı verdi ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən və 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatdan sonrakı dövrü post-münaqişə dövrü hesab edir, eləcə də müharibənin bitdiyi qənaətindədir. Eyni zamanda, dünya birliyinin diqqətinə növbəti dəfə çatdırıldı ki, son 30 ildə Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinə, 27 il ərzində BMT qətnamələrinin icrasından yayınmasına göz yumulmasına və nəhayət, həmin qətnamələri ölkəmizin təkbaşına yerinə yetirmək məcburiyyətində qalmasına baxmayaraq, Azərbaycan qalib ölkə kimi sülhə və bölgədə kommunikasiyaların açılmasına hazırdır. Məğlub Ermənistanın davranışı isə onu göstərir ki, xəstə təxəyyülün və sərsəm xülyaların girovuna çevrilən bu ölkə ona verdiyimiz tarixi dərsdən ibrət çıxarmaqda da acizdir. Prezidentimiz beynəlxalq münasibətlərin subyektlərinə bu mühüm mesajını da göndərdi: “Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir”. Prezident İlham Əliyev bu bəyanatla siyasi iradəsini, Şuşa Bəyannaməsinə və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmana əsaslanan mövqeyini növbəti dəfə ortaya qoydu. Heç şübhəsiz ki, Prezidentimizin mətbuat konfransında səsləndirdiyi bəyanatlar Ermənistanın və ona havadarlıq edənlərin, habelə regiona marağını gizlətməyən güclərin diqqətindən yayınmayacaq, bölgədə yaranmış yeni geoiqtisadi və geosiyasi reallığa daha həssas və daha çox anlayışla yanaşılmasına kömək edəcək”.

Mətbuat konfransında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatla bağlı iki məqamı qeyd edən Ü.Quliyev bildirib ki, yüksək səviyyəli qonaq təmsil etdiyi Aİ-nin ölkəmizlə əməkdaşlıq və tərəfdaşlıq sahəsində prioritet istiqamətlərini göstərməklə yanaşı, bölgədəki yeni reallıqları nəzərə aldığını da nümayiş etdirdi. Prezident Şarl Mişel bəyanat və çıxışında Dağlıq Qarabağ ifadəsini işlətmədi, buna qədər bəzi xarici dairələrin məqsədli şəkildə qabartdıqları hərbi əsir mövzusunu isə məhbus ifadəsi ilə əvəzlədi.

“Yekun olaraq, mətbuat konfransından çıxara biləcəyimiz nəticələrdən biri, zənnimcə, budur ki, Prezident İlham Əliyev regional və qlobal təhlükəsizlik məsələlərinin həllində ümumi maraqların təmin olunmasına xidmət edən daha dərin iqtisadi inteqrasiyaya, kommunikasiya və nəqliyyat dəhlizlərinin açılmasına, qarşılıqlı hörmətə söykənən bərabərhüquqlu münasibətlərin qurulmasına xüsusi önəm verdiyini bir daha təsdiqlədi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mayın 20-də “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi yüksək səviyyəli müzakirələrdə dövlətimizin başçısı tərəfindən beynəlxalq subyektlərin marağına cavab verən iqtisadi əməkdaşlığın nəticədə sülhə və sabitliyə xidmət göstərə biləcəyi məhz belə ifadə olunmuşdu: “Çünki ölkələr bir-birindən asılı olur, ölkələr bir gəmidə olduğu üçün bir komandanın üzvü olur və əlbəttə ki, qarşılıqlı dəstəyin səviyyəsi artacaq”. Son günlər Ermənistanın sərgilədiyi davranış, atəşkəsi məqsədli şəkildə pozması halları göstərir ki, o, çoxluğun yer aldığı böyük gəmidə hamı ilə birgə olmağın faydasını hələ də dərk etmir, hər an bu gəmi ilə toqquşa biləcək kiçik qayıqda qalmağa və erməni cəmiyyətinin onsuz da zəhərlənmiş ictimai şüurunu daha çox zəhərləməyə üstünlük verir. Əgər Ermənistan mövqeyini dəyişməsə, onun əyləşdiyi o kiçik qayıq artıq bu dəfə tamamən batmağa məhkum olacaq. Azərbaycan xalqı 30 il boyunca səbir etdi, görəndə ki, Ermənistan daşı ətəyindən tökmür, həmin daşları ətəyindən yerə salmağa onu məcbur etdi. Bu illər erməni toplumuna göstərdi ki, xalqımız səbirli olmağı bacardığı qədər, ədalətli məqsədinə çatmağa da qadirdir, şəhidlərimizin həyatı, qazilərimizin qanı bahasına olsa da. Müqəddəs Qurban bayramı günlərində Allahdan bütün şəhidlərimizə dönə-dönə rəhmət diləyir, qazilərimizə uzun ömür arzu edirəm”, - deyə deputat vurğulayıb.

Ü.Quliyev bildirib: “Məkrli qonşumuz və onun himayədarları bilməlidirlər ki, Azərbaycan xalqı səbri ilə kiminsə oynamasına bundan sonra imkan verməyəcək. Doğma torpaqlarında, milli qüruru və tarixi ədalətin təntənəsi naminə haqq savaşında həyatını itirən qəhrəman Azərbaycan əsgər və zabiti Şəhidlik zirvəsinə yüksəlir. Bizim torpaqlarda qırılan erməni gənclərinin taleyi Ermənistan hakimiyyətini artıq düşündürmürsə, son müharibədəki on minlik fərarilər ordusundan nəticə çıxarmayıbsa, erməni millətini daha böyük faciədən qurtarmaq üçün sağlam məntiqə üstünlük verə və dinc birgəyaşayış yolunu seçə bilmirsə, heç olmazsa, Ermənistanda sözü keçən yüksək səviyyəli qonaqlardan kimsə, nəhayət, onları başa salmalıdır ki, bu yol erməniləri geri qayıdışı olmayan uçuruma aparır. 44 günlük Vətən müharibəsindən ibrət dərsi almayacağı təqdirdə, Ermənistanı daha böyük peşmanlıq gözləyir. Sonrakı peşmanlıq isə məlum olduğu kimi, heç vaxt fayda verməyib”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib