Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceyhun Bayramov: Azərbaycan AQEM-in transformasiyasına və dayanıqlı inkişafa töhfə verəcək

Ceyhun Bayramov: Azərbaycan AQEM-in transformasiyasına və dayanıqlı inkişafa töhfə verəcək

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci görüşündə çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, çıxışında AQEM üzv dövlətlərinə Azərbaycana göstərdikləri etimad və inama görə təşəkkürünü bildirən nazir deyib: “AQEM Sədrliyini Azərbaycan qlobal diplomatiyada “körpü qurmaq” təcrübəsi, çoxtərəfli platformalarda liderliyi, sülhə, sabitliyə və dayanıqlı inkişafa olan möhkəm sadiqliyinə əsaslanaraq quracaq. Azərbaycanın AQEM-ə Sədrliyi təkcə Müşavirənin tarixi deyil, o cümlədən Asiyanın və bütün dünyanın dəyişən geosiyasi və iqtisadi mənzərəsi üçün çox vacib bir anda başlayır. İndi Asiyanın qlobal inkişafda, texnoloji innovasiya və siyasi təsiretmədə aparıcı qüvvə kimi rolu həmişəkindən daha vacibdir. Dünyada çoxqütblülüyün vüsət aldığı və çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi bir zamanda Asiya bu çağırışlara birlik, əməkdaşlıq və ortaq məsuliyyətlə cavab verməlidir. Regionun ən inklüziv dialoq platforması olmaqla, AQEM əməkdaşlığı təşviq etmək və qarşılaşdığımız çağırışların öhdəsindən gəlmək üçün unikal mövqeyə malikdir”.

C.Bayramov bildirib ki, Azərbaycanın Sədrliyi “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək: “Birincisi, AQEM-in transformasiyası və institusional inkişafı, ikincisi, etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, üçüncüsü, AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi. Biz son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcəyik. Qazaxıstan Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcək. AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan Sədrliyinin vacib prioriteti kimi qalacaq. Sədrliyimiz, həmçinin AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcək. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcək. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq. Həmçinin biz Katibliyin statusunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik. Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaq”.

Etimad quruculuğunun AQEM prosesinin əsasını təşkil etdiyini vurğulayan nazir əlavə edib: “Müsbət təcrübənin əsasında Azərbaycanın Sədrliyi mövcud etimad quruculuğu tədbirlərinin səmərəliliyi və təsirinin genişləndirilməsini prioritetləşdirəcək, həmçinin əməkdaşlığın dərinləşdirilməsi üçün yeni, innovativ həll yollarını nəzərdən keçirəcək. Bu xüsusda biz mühüm mövzular kimi bağlantılar, rəqəmsallaşma və dayanıqlılığa diqqət göstərəcəyik. 2025-ci ildə Müşavirənin 5 ölçüsü üzrə Sədrliyin 20-dən çox tədbiri planlaşdırılır. Sədrlik üzv dövlətlər, etimad quruculuğu üzrə əlaqələndiricilərlə Biznes və Gənclər üzrə şuralar, Beyin Mərkəzləri Forumu və Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi kimi müvafiq AQEM orqanları arasında qarşılıqlı əlaqənin inkişafı istiqamətində səy göstərəcək. Bu yanaşma etimad quruculuğu tədbirlərinin səmərəliliyinin gücləndirilməsinə və AQEM-daxili birliyin təşviqinə yönəlib. Sədrlik iqtisadi ölçü üzrə nəqliyyat bağlantıları, kiçik və orta sahibkarlığın təşviqi, qadın sahibkarlığı və yaşıl iqtisadiyyat mövzularını prioritetləşdirəcək.

Biz nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Asiyada daha təhlükəsiz, dayanıqlı və səmərəli infrastrukturun təşviqi üçün çalışacağıq. Kiçik və orta sahibkarların sərmayələrə, bazarlara çıxışı və onların elektron kommersiya kimi innovativ metodlarla beynəlxalq ticarətdə iştirakı, həmçinin kənd təsərrüfatında innovativ yanaşmalar da Sədrliyin bu çərçivədə diqqət yetirəcəyi sahələr arasında olacaq.

Yeni çağırışlar və təhdidlər ölçüsü üzrə diqqət qabiliyyət quruculuğunun təşviqi, eləcə də kibertəhlükəsizlik və şəxsi məlumatların mühafizəsi üzrə uğurlu təcrübələrin mübadiləsinə yönələcək. Biz AQEM məkanında məlumatların mühafizəsi üzrə hüquqi çərçivənin harmonizasiyası, habelə kibertəhlükəsizlik və məlumatların məxfiliyi mədəniyyətinin təşviqi üçün çalışacağıq.

Ətraf mühit ölçüsünün mərkəzində müxtəlif sahələrdə konkret layihələr vasitəsilə yaşıl keçid və dayanıqlı inkişafın təşviqi duracaq. Bu xüsusda müxtəlif prioritet sahələr arasında qarşılıqlı əlaqənin təşviqi üçün bir-biri ilə kəsişən mövzuları əhatə edən gündəlik irəlilədiləcək. İnsan ölçüsünün vacib elementi kimi insanlararası əlaqələrin və turizmin təşviqi də bizim Sədrliyimizin gündəliyində vacib yer tutacaq. Biz gənclərin AQEM Gənclər Şurası çərçivəsində Asiyada sülh, əməkdaşlıq və dayanıqlı inkişafa töhfə verə bilməsinin yolları ətrafında səmərəli müzakirəyə cəlb olunması istiqamətində fəaliyyət göstərməyə davam edəcəyik. Biz, həmçinin mədəni irsin qorunmasını prioritetləşdirəcəyik. Müxtəlifliyi və zəngin tarixi ilə seçilən regionumuzda, mədəni mübadilə və irsin qorunub saxlanılması qarşılıqlı anlaşma və hörmətin təşviqi üçün mühüm əhəmiyyətə malikdir.

Bir sıra AQEM üzv dövlətləri ərazilərinin, minlərlə mülki şəxsin həyatına son qoyan, iqtisadi məqsədlər üçün istifadə oluna biləcək ərazilərə əlçatanlığı məhdudlaşdıran, təbii resurslardan dayanıqlı istifadədən məhrum edən mina və partlayıcı sursatlarla çirklənməsi səbəbindən çox ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən Sədrlik AQEM çərçivəsində humanitar minatəmizləmə fəaliyyətinin qarşılıqlı fəaliyyət sahəsi kimi təşviqi imkanlarını nəzərdən keçirəcək”.

Nazir qeyd edib ki, AQEM çərçivəsində təhsil və elm sahələrinin potensialı da az istifadə edilmiş olaraq qalır. Biz hazırkı Nazirlər Şurasında təsis olunmasının yekunlaşacağı gözlənilən “Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsi” vasitəsilə bu sahədə əməkdaşlığımızın genişləndirilməsi üzərində işləyəcəyik. Şəbəkə tam işlək vəziyyətə gətirildikdə, Sədrlik yüksək potensial və imkanların müşahidə olunduğu sektorlar üzrə əməkdaşlığın canlandırılması üçün bu platformanın fəaliyyətə başladılması məqsədilə fəaliyyət göstərəcək.

Sadalanan birbaşa prioritetlərdən başqa, Sədrlik regionumuzun dəyişən ehtiyaclarının təmin olunması naminə qarşılıqlı əlaqə və etimad quruculuğu tədbirləri üzrə yeni istiqamətlərin araşdırılmasına açıqdır. Bu məqsədlə Sədrlik əlaqələndiricilər və həməlaqələndiricilərlə yaxından işləyəcək.

“AQEM özünün inklüzivliyi, regional təhlükəsizliyə, inkişafa və əməkdaşlığa vahid yanaşması ilə nisbi üstünlüyə malikdir. Lakin hazırkı qarşılıqlı asılı dünyada heç bir təşkilat təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Azərbaycanın Sədrliyi AQEM-in beynəlxalq aktivliyinin artırılmasına və onun digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə diqqət yetirəcək. Biz birgə çağırışları daha effektiv həll etmək üçün Birləşmiş Millətlər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) kimi qurumlarla, eləcə də digər regional platformalarla qarşılıqlı sinerji yaratmağa çalışacağıq. Bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz AQEM-in aktivliyini yüksəltməklə yanaşı, həmçinin onun Asiyada müsbət dəyişikliklər üçün hərəkətverici qüvvə kimi çıxış etmək qabiliyyətini artıracaq, habelə daha təhlükəsiz və çiçəklənən Asiya naminə inklüziv regional platforma kimi Təşkilatın beynəlxalq mövqeyini gücləndirəcək.

Azərbaycanın Sədrliyi fürsət və məsuliyyət anıdır. Azərbaycanın Sədrliyi daha güclü AQEM vasitəsilə dövlətlərimizin və onların əhalisinin təhlükəsizliyinə, inkişafına və rifahına müsbət təsir göstərməyə yönəlib. Birgə işləmək, innovasiyaları mənimsəmək və davamlı inkişafa kollektiv öhdəliyimizi gücləndirməklə, biz regionumuz və dünya üçün daha parlaq gələcək formalaşdıra bilərik. Azərbaycan AQEM-in bu transformativ prosesinə rəhbərlik etməyə hazırdır və biz sülhsevər, firavan və bir-biri ilə sıx əlaqəli Asiya haqqında ümumi baxışımıza nail olmaq üçün bütün üzv dövlətlərlə davamlı əməkdaşlığımıza inanırıq”, - deyə C.Bayramov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH