Ceyhun Bayramov: Sülh müqaviləsi iki ölkə arasında münasibətlərin inkişafının əsasını yarada bilər
Bakı, 25 dekabr, AZƏRTAC
Düşünürəm ki, 2024-cü ildə Ermənistan tərəfi ilə fiziki görüşlər keçiriləcək. 2023-cü ildə bir neçə dəfə belə görüşlər olmuşdu. Sonradan görüşlər sırasında fasilə baş verdi. Biz bu məsələyə çox real, nikbin baxırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına məxsusi müsahibəsində söyləyib.
C.Bayramov bildirib ki, bu sülh müqaviləsinə hər şeyin 100 faiz həlli demək olmaz. Bu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını yarada bilər.
“Sülh müqaviləsi normal qonşuluq münasibətlərinin əsasının qoyulması, ölkələr arasındakı prinsipləri müəyyənləşdirən bir saziş ola bilər. Azərbaycan dövləti olaraq bizdən asılı olan bütün addımları atacağıq”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]