“Changan Auto” şirkəti Tailandda elektromobil zavodu tikəcək
Bakı, 28 oktyabr, AZƏRTAC
Çinin avtomobil istehsalçısı “Changan Auto” Tailandda elektromobil zavodu inşa etmək üçün “WHA Group” korporasiyası ilə torpaq alqı-satqısı üzrə müqavilə imzalayıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, “Changan Auto” ilkin mərhələdə müəssisəyə təxminən 244 milyon dollar sərmayə qoymağı planlaşdırır. Tikinti üçün alınan 40 hektarlıq ərazi Tailandın şərqindəki Rayonq əyalətində yerləşir.
2025-ci ildə istismara verilməsi planlaşdırılan zavodun ilkin istehsal gücü 100 min avtomobil təşkil edəcək. Müəssisə öz məhsullarını Tailandın avtomobil bazarı ilə yanaşı, qonşu ölkələrə, o cümlədən Avstraliya və Yeni Zelandiyaya göndərəcək.
Tailandda inşa ediləcək müəssisə “Changan Auto” kompaniyasının ölkə xaricindəki ilk avtomobil zavodu olacaq. Hazırda bu ölkədə Çinin “Great Wall” və BYD kimi digər avtomobil istehsalçılarının zavodları fəaliyyət göstərir.
Qeyd edək ki, 2023-cü ilin birinci yarısında Tailandda elektromobil satışının 70 faizdən çoxu Çin kompaniyalarının payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]