Çempionlar Liqası: PSJ “Liverpul”u, “Atletiko Madrid” “Barselona”nı məğlub edib
Bakı, 9 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə də iki qarşılaşma keçirilib. İspaniyanın "Barselona" komandası öz meydanında "Atletiko Madrid"i, Fransanın PSJ klubu isə İngiltərə "Liverpul"unu qəbul edib.
Oyunlarda PSJ “Liverpul”u, “Atletiko Madrid” isə “Barselona”nı 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, 1/4 finalın ilk matçlarında Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”ə 2:1, İngiltərə “Arsenal”ı isə Portuqaliyada “Sportinq”ə 1:0 hesabı ilə qalib gəlib. Bu mərhələnin cavab oyunları aprelin 14-15-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]