Çernobıl zonasına turist axını rekord həddə çatıb
Kiyev, 8 sentyabr, AZƏRTAC
Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının qəzasından sonra nəzarətsiz qalan zonalara turist axını rekord həddə çatıb.
AZƏRTAC Ukraynanın Nəzarətsiz Ərazilərin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu ilin 8 ayı ərzində nəzarətsiz ərazilərə 75 min turist gəlib. Təkcə avqust ayında 15 min turist Çernobıl hadisəsinin yaratdığı xarabalıqları müşahidə edə bilib. Bu da ilin əvvəlindən 5 dəfə çox deməkdir.
Qeyd edək ki, həmin zonalara turistlərin aparılması üçün 21 marşrut təsdiqlənib. Ötən il Çernobıl zonasını 63 min turist ziyarət edib. Ukrayna Prezidenti Vladimir Zelenski isə bəyan edib ki, Çernobıl zonası Ukrayna iqtisadiyyatının artımı üçün səmərəli istifadə edilməlidir.
Xatırladaq ki, 1986-cı il 26 aprel tarixində Ukraynanın şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda fəlakətli nüvə qəzası baş verib. Nəticədə Pripyat ölü şəhərə çevrilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]