Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyə yığmasına uduzub
Bakı, 2 iyun, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayının çimərlik meydançasında Türkiyə millisinə qarşı oyun 6:5 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib.
Emin Həsənzadə və Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qolunu Elçin Qasımov vurub.
Komandalar arasında növbəti oyun iyunun 3-də olacaq.