Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Yay mövsümündə çimərliklərə üz tutanların təhlükəsizliyinin təmin olunmasında xilasedicilərin üzərinə böyük məsuliyyəts düşür.

AZƏRTAC-ın əməkdaşları onların bu məsuliyyəti necə daşıdıqlarını, vətəndaşların təhlükəsizliyini hansı səviyyədə qoruduqlarını müşahidə etmək uçun Şıx çimərliyində olublar.

 

Çimərlik xilasedicilərin nəzarətindədir

Şıx çimərliyində ilk gözə dəyən məntəqələrdən biri Fövqəladə Hallar Nazirliyinin (FHN) müşahidə qülləsidir. Burada müşahidə aparan xilasedicilər, ilk növbədə, xəbərdarlıq nişanlarını üzüb keçən vətəndaşlara səslənirlər, onları qaydalara əməl etməyə çağırırlar. Müşahidə qülləsində keşik çəkən xilasedici tez-tez elektron rabitə vasitəsilə iş yoldaşı ilə əlaqə yaradır. Onlar müvafiq məlumatları bir-birilərinə çatdırırlar.

Dənizdə isə kiçikhəcmli gəmi və sürətli qayıqlarda monitorinq aparan xilasedicilər keşik çəkirlər. Onlar məhdudlaşdırıcı nişanları keçənləri xəbərdar edir, onları geri qaytarırlar.

Sahildə də xilasedicilər müvafiq istiqamətdə iş aparır, vətəndaşları dənizdə təhlükəsiz çimməklə bağlı məlumatlandırırlar.

Batmaq təhlükəsi ilə üzləşən şəxslərə kömək göstərilir

AZƏRTAC-ın əməkdaşları Şıx çimərliyində olarkən dənizdə batmaq təhlükəsi ilə üzləşən bir nəfərin xilas edilməsi prosesini də izləyiblər. Belə ki, müşahidə qülləsinə 50 metr aralıda – dənizdə bir şəxsin batması barədə məlumat daxil olub. Bununla əlaqədar, xilasedicilər dərhal sürətli qayığı işə salaraq onun köməyinə gediblər.

Xilasedicilərdən biri suya tullanaraq boğulma təhlükəsi ilə üzləşən şəxsi qayığın göyərtəsinə çıxarıb. Bundan sonra sahilə yan alan xilasedicilər boğulan şəxsi qayıqdan düşürüb, həkiməqədər müddətdə onun udduğu suyu orqanizmdən xaric etmək üçün səfərbər olublar.

Sudaboğulmaya səbəb olan əsas amillər

Matros-xilasedici Cavad Cavadlı deyib ki, sudaboğulma hallarına spirtli içki qəbul edərək və ya küləkli havada dənizə girənlər, məhdudlaşdırıcı şarları keçənlər, eləcə də qeyri-çimərlik ərazilərdə çimənlər arasında daha çox rast gəlinir. O qeyd edib ki, sudaboğulma əksər hallarda vətəndaşın üzməyi bacarmaması ilə bağlı olmur. Bu, bir sıra digər amillər səbəbindən yaranır: “Əsas risklər sırasında üzgüçülük bacarığının kifayət qədər olmaması, təhlükəsizlik qaydalarına əməl edilməməsi, dənizdə güclü dalğa və cərəyan, eləcə də insanın fiziki imkanlarını düzgün qiymətləndirməməsi dayanır. Xüsusilə nəzarətsiz ərazilərdə və xilasedicilərin olmadığı yerlərdə çimmək boğulma riskini əhəmiyyətli dərəcədə artırır. Güclü külək və dalğalı hava şəraitində dənizə girmək, sahildən uzağa üzmək və dərinliyə nəzarətsiz keçmək də təhlükəli hesab edilir. Uşaqların suda nəzarətsiz qalması da boğulma hallarının əsas səbəblərindən biridir”.

Çimərlik mövsümündə 4 nəfəri ölümdən qurtardığını söyləyən Cavad Cavadlı bildirib ki, xilasetmə işi onun üçün sadə iş deyil, missiyadır.

Dənizdə batmamaq üçün nə etmək lazımdır?

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin böyük inspektoru kapitan Fərid İlhamoğlu bildirib ki, təmsil olunduğu qurumun nəzarət etdiyi çimərliklərdə monitorinqlər aparılır, 1 metr 75 santimetr dərinlikdə üzmə sərhədi müəyyənləşdirilir. O cümlədən çimərliklərin girişlərində məlumatlandırıcı lövhələr yerləşdirilir: “Dənizdə ən təhlükəsiz istirahət vaxtı saat 9:00-dan 20:00-dəkdir. Çünki xilasedicilər bu vaxtlarda vətəndaşların həyat və sağlamlıqlarının keşiyində olurlar”.

O qeyd edib ki, maarifləndirmə işlərinə və xəbərdarlıqlara baxmayaraq, qeyri-çimərlik ərazilərdə, eləcə də digər təhlükəli su hövzələrində təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir. Bu da bir çox hallarda acı sonluqla nəticələnir: “Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, çimərlik kimi fəaliyyət göstərməyən ərazilərdən istifadə etməməyə, təhlükəsizlik qaydalarına əməl etməyə, küləkli havada dalğalı dənizə daxil olmamağa, uşaqları nəzarətsiz buraxmamağa və sərxoş halda dənizə girməməyə çağırır. Axşam düşəndən sonra dənizdə olmaq təhlükəlidir”.

FHN-in rəsmisi vurğulayıb ki, sudaboğulma hallarının qarşısının alınmasında ən mühüm şərtlərdən biri çimərliklərdə müəyyən olunmuş qaydalara riayət etmək, xilasedicilərin xəbərdarlıqlarını nəzərə almaq və yalnız təhlükəsiz, nəzarət olunan ərazilərdə çimməkdir. O bildirib ki, monitorinqlər zamanı çimmək üçün təhlükəli hesab edilən ərazilər müəyyən olunub. “Mərdəkan və Şüvəlan qəsəbələrinin ərazisində yerləşən “Şimal Dres” və “Mil Qaya”, Bilgəh və Nardarandakı “On ikinci dalan” və “Daçnik” adı ilə tanınan ərazilər, Novxanı və Saray qəsəbələri arasındakı “Sarı Qaya”, həmçinin Sahil qəsəbəsində yerləşən “Mayak” adı ilə tanınan yerlər ən təhlükəli ərazilər kimi qeydə alınıb. Bu yerlərdə sualtı axınların, mürəkkəb sualtı relyefin, yarğan və çuxurların olması insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaradır. Vətəndaşlara belə ərazilərdən uzaq durmaları tövsiyə edilir. Onlar yalnız nəzarət olunan və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməlidirlər”, - deyə inspektor vurğulayıb.

Müxbir - Nailə Həsənova
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev, Ələkbər Baxşıyev
Çimərliklərdə təhlükəsizlik necə təmin olunur? – Xilasedicilərin məsuliyyəti, bəzi vətəndaşların biganəliyi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək