Çin aviaşirkətləri avqustda 64 milyona yaxın sərnişin daşıyıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Avqust ayında Çində aviasiya ilə sərnişin daşımalarının həcmi pandemiyadan əvvəlki 2019-cu ilin eyni ayı ilə müqayisədə 4,5 faiz artaraq rekord həddə - 63,96 milyon nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin Təhlükəsizlik departamentinin rəis müavini Li Yun bildirib. Onun sözlərinə görə, sərnişin axını illik ifadədə 98 faiz artıb. 2019-cu ilin avqust ayı ilə müqayisədə daxili daşımalarda 11,2 faiz artım qeydə alınıb. Beynəlxalq marşrutlarda isə pandemiyadan əvvəlki səviyyə 52 faiz bərpa olunub.
Avqustun 12-də Çin aviadaşıyıcıları 18,2 mindən çox reysə xidmət göstərib ki, bu da son dörd ilin rekordudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]