Çin duzundan istifadə edilməsi asılılıq yaradır
Bakı, 9 iyun, AZƏRTAC
Çox vaxt acdıqda və ya tələsəndə fast-fudlara və restoran yeməklərinə üstünlük veririk, lakin onlara Çin duzu vurulduğundan həmin qidalardan asılı vəziyyətə düşürük. Xüsusən uşaqların çox sevdiyi çipslərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində Çin duzu var. Mütəxəssislərin dediyinə görə, ənənəvi yeməklərin dadını pozan, qida zövqünü dəyişən də elə Çin duzudur.
AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynova deyib: “Ağızda normal bildiyimiz dörd dad var. Çin duzu onları məhv edərək beşinci umami dadını yaradır. Bu da birbaşa həmin qidalardan, Çin duzu istifadə edilən məhsullardan asılılıq yaradır, daha doğrusu, ağız dadı həmin yeməklərə öyrəşir”.
Elmi adı “mono sodium glutamate" olan Çin duzunun orqanizmə ziyanı var. “Sintetik mənşəli olduğuna görə orqanizmdə həll olunmur və buna görə də daxili orqanların funksiyalarını pozur. İlk növbədə qaraciyərin fəaliyyətinə mənfi təsir edir, qan dövranını sürətləndirir və ya birdən-birə aşağı saldığına görə ürək-damar sisteminin fəaliyyətinin pozulmasına və qəfil ürək tutmasına aparıb çıxarır. Həmin qidalardan istifadə edən uşaqlarda hiperaktivlik, diqqət əskikliyi və yorğunluq baş verir. Onlarda həmin qidalara asılılıq yarandığı üçün yenidən qəbul edəndə dərhal enerjiyə malik olur və valideynləri yanıldır”, -deyə qida mütəxəssisi əlavə edib.
Həmin asılılıqdan qurtarmaq üçün mütəxəssislər Naxçıvan qaya duzu və ya Himalay duzundan istifadə etməyi məsləhət görürlər. Onu da qeyd edək ki, Çin duzundan istifadə edilməsi bir çox ölkələrdə qadağan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]
Təbii yolla qurudulan meyvələr daha faydalıdır
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]
"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı
- 30.09.2026 [18:41]
Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək
- 30.09.2026 [18:41]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [18:37]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [18:31]
“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da
- 30.09.2026 [18:21]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [18:20]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [18:14]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:11]
Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da
- 30.09.2026 [18:08]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [18:04]
“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”
- 30.09.2026 [18:03]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:59]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:47]
® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir
- 30.09.2026 [17:46]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:45]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:34]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:29]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [17:25]