ÇİN ENERGETİKLƏRİ AZƏRBAYCANDAKI LAYİHƏLƏRLƏ MARAQLANIRLAR
“Azərenerji”nın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin əvvəllərində respublikamıza gəlmiş Çin Milli Elektrik Avadanlığı Korporasiyasının nümayəndə heyəti Azərbaycanın elektroenergetika kompleksinin inkişafına dair perspektivli layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmişdir. Ekspertlər qrupu səfər zamanı “Azərenerji”nin rəhbərliyi və texniki mütəxəssisləri ilə görüşmüş, müəssisələrə getmiş, maraq doğuran bir sıra layihələrlə tanış olmuşlar.
Şəki yardımçı stansiyasının tikintisi və Mingəçevir SES-in hidroaqreqatlarından birinin bərpası layihələri əməkdaşlığın istiqamətləri kimi müəyyən edilmişdir. Çin mütəxəssisləri bu obyektlərin real vəziyyətini öyrənmək üçün müəssisələrdə olmuş, təklif edilən işlərin həcmi ilə bağlı təftiş aparmışlar. Bu, Çin energetiklərinin respublikamıza ilk səfəri idi.
Şəkidə yardımçı stansiyanın tikintisi layihəsi “Azərenerji” SC üçün çox əhəmiyyətlidir. Belə ki, ölkənin şimal-qərb zonasındakı əsas istehlakçı müəssisələr məhz bu rayonda yerləşir. Müasir yardımçı stansiyanın tikintisi bölgənin elektrik enerjisi ilə keyfiyyətli və etibarlı təmin olunmasına imkan yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]