Çin müdafiə xərclərini artırır
Pekin, 5 mart, AZƏRTAC
Çin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini cari il üçün 7,2 faiz artırmağı planlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu, martın 5-də Pekində işə başlayan Çinin ali qanunverici orqanı - Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında müzakirəyə çıxarılan büdcə layihəsində əksini tapıb. Sənədə əsasən, Çinin cari il üçün müdafiə xərcləri 1,554 trilyon yuan (təxminən 225 milyard ABŞ dolları) təşkil edəcək. Layihədə yuan ifadəsində müdafiə xərcləri artsa da, Çin milli valyutasının ABŞ dolları qarşısında dəyərinin nisbətən ucuzlaşması nəticəsində xərclər dollar ifadəsində ötən illə müqayisədə azalıb. Belə ki, ötən il 7,1 faizlik artımla müdafiə xərcləri 1,45 trilyon yuan (230 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirilmişdi.
Qeyd edək ki, ardıcıl 8 ildir Çinin müdafiə xərclərinin illik artımı birrəqəmli olur. Müdafiə xərclərinin 7,2 faizlik artım hədəfi pandemiya dövründə ən yüksək rəqəmdir. Çinin müdafiə büdcəsinin 2020-ci il üçün artımı 6,6, 2021-ci il üçün 6,8, ötən il üçün isə 7,1 faiz müəyyənləşdirilmişdi. Çin 2035-ci ilədək milli müdafiəsini modernləşdirməyi, əsrin ortalarınadək isə dünya səviyyəli silahlı qüvvələr qurmağı hədəfləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
- 10.10.2026 [06:23]
Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam
- 10.10.2026 [06:06]
“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:31]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [19:22]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [19:21]
AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub
- 09.10.2026 [19:05]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:59]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [18:57]
MDU-da müxtəlif illərin məzunları bir araya gəlib
- 09.10.2026 [18:49]
MDB məkanı üçün yeni töhfələr - TƏHLİL
- 09.10.2026 [18:39]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [18:37]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 09.10.2026 [18:24]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:13]