Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb
Pekin, 16 noyabr, AZƏRTAC
Çinin Ciansu əyalətinin İsin şəhərində bıçaqlı şəxs peşə məktəbinin yataqxanasına hücum edərək 8 nəfəri qətlə yetirib, 17 nəfəri yaralayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb. Hadisə noyabrın 16-da yerli vaxtla saat 18:30 radələrində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən 21 yaşlı şəxs hadisə yerində saxlanılıb.
Polisin açıqlamasında deyilir ki, həmin peşə məktəbini bitirən şübhəli buraxılış imtahanından kəsilib və məzun şəhadətnaməsi ala bilmədiyi üçün hadisəni törətdiyini söyləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]