Çində əhaliyə COVID-19-a qarşı vurulan peyvəndin sayı 1,4 milyard dozanı ötüb
Pekin, 14 iyul, AZƏRTAC
Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 1,4 milyard doza peyvənd vurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.
Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Ölkə üzrə əhaliyə vurulan peyvənd dozasının sayı cəmi 25 günə 100 milyondan 200 milyon dozaya, 16 günə isə 200 milyondan 300 milyona yüksəlib. İyunun 19-da bu rəqəm bir milyarda çatıb. Son günlər orta hesabla sutkada 20 milyon doza peyvənd vurulur.
Qeyd edək ki, 1,4 milyard nəfər əhalisi olan Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiyanın hazırkı tempini və indiyədək 1,4 milyard doza peyvəndin vurulduğunu nəzərə alsaq, Çin hökumətinin qarşıya qoyulan hədəfə çatacağına şübhə qalmır.
Vaksinasiya prosesində yerli “Sinopharm” və “Sinovac” şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə “CanSino” şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]