Çində kosmosa ilk kommersiya peykləri göndərilib
Bakı, 26 iyul, AZƏRTAC
Çinin özəl şirkəti kosmosa ilk kommersiya peykləri göndərən firma olub. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, iyulun 26-da SQX-1 Y1 kommersiya raketdaşıyıcısı ilə peyklərin buraxılışı üzrə Ciyu Quan kosmik mərkəzindən kosmosa iki peyk göndərilib.
SQX-1 Y1raketdaşıyıcısının diametr 1,4 metr, uzunluğu isə 20,8 metrdir. Çinin “i-Space” korporasiyasının vitse-prezidenti Tsai Cinggi bildirib ki. Raketdaşıyıcının buraxılışı uğurla həyata keçirilib.
Qeyd olunur ki, ötən il kosmos sənayesində iştirak etmək üçün Çinin 100-dən çox özəl şirkəti müraciət edib. Eyni zamanda, bu sahədə ölkənin dövlət mülkiyyətində olan korporasiyaları üstünlüyü əlində saxlayırlar. Çin rəsmiləri bildirirlər ki, dövlət şirkətləri daha böyük və məsuliyyətli kosmos layihələri üçün cavabdehdirlər. Eyni zamanda, hökumət özəl sərmayəçilərin də yeni layihələrdə, o cümlədən 2020 və 2029-cu illərdə Aya və Marsa uçuşlarda iştirakı üçün şərait yaradılmasına çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]