ÇİNGİZ AYTMATOVUN ÜRƏYİNDƏ CƏRRAHİYYƏ ƏMƏLİYYATI APARILMIŞDIR
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, miokard infarktı keçirmiş məşhur qırğız yazıçısı Çingiz Aytmatovun ürəyində Türkiyənin “Gülhanə” Hərbi Tibb Akademiyasında cərrahiyyə əməliyyatı aparılmışdır.
Ankarada yazıçıya angioqrafiya edilmiş, bundan sonra ürəyin işini dəstəkləmək üçün ona “Stent” adlı xüsusi qurğu yeridilmişdir. Əməliyyatı və müalicəni akademiyanın baş cərrahı, admiral Ertan Dəmirtaş aparmışdır.
Türkiyə həkimləri bildirmişlər ki, Aytmatov özünü yaxşı hiss edir, deyib-gülür. Yazıçı burada hələ azı bir həftə qalacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]