Çinin iki şəhəri 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Pekin, 27 noyabr, AZƏRTAC
Çinin Çendu və Çunçin şəhərləri 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına birgə ev sahibliyi etmək istəyir.
AZƏRTAC xəbər verir ki, bu barədə “China Daily” qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Çendu və Çunçin Olimpiya Oyunlarının keçirilməsi üçün ev sahibliyi uğrunda yarışa qoşulacaqlar.
Siçuan vilayətinin paytaxtı olan Çendu və yaxınlıqdakı Çunçin şəhəri Çinin inkişaf etmiş iri şəhərlərindəndir.
Qeyd edək ki, Çin paytaxtı 2008-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. Pekin yaxınlıqdakı Canciakou şəhəri ilə birgə 2022-ci ildə Qış Olimpiya Oyunlarına da ev sahibliyi edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]