“CIDC 2023”ün tərəfdaşları və sponsorlarına sertifikatlar təqdim olundu
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov və Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov tərəfindən "CIDC 2023" tədbirinin tərəfdaşları Azərbaycan Mərkəzi Bankı, SOCAR, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, KOBİA və ASAN Xidmət İnnovasiyalar Mərkəzinin nümayəndələrinə sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, həmçinin tədbirin sponsorları “Prosol” şirkəti, “Azərconnect”, “Trendyol”, “Palo Alto”, “Huawei”, “Fortinet”, “AzIntelekom”a sertifikatlar verilib. Tədbirin digər sponsorları "R.I.S.K. Company" şirkətinin rəhbəri Cabir Cümşüdov və “Cyberpoint” şirkətinin direktoru Fuad Niftəliyev də sertifikatlara layiq görülüb.