Ciorcia Meloni: Avropa “Yaşıl saziş” kimi ideologiyalardan uzaq durmalıdır
Roma, 10 iyun, AZƏRTAC
Avropa daha praqmatik siyasət həyata keçirməlidir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni yerli mətbuata açıqlamasında deyib.
Avropa Parlamentinə seçkiləri şərh edən Baş nazir bildirib: “Nəticələr göstərir ki, Avropa daha çox mərkəz sağa doğru yönəlməli, praqmatik siyasət həyata keçirməli və “Yaşıl saziş” kimi ideologiyalardan uzaq durmalıdır. Seçkilər İtaliyanın Avropanın gələcəyində fundamental rol oynadığını bir daha göstərdi”.
Qeyd edək ki, İtaliyada Avropa Parlamentinə seçkilərdə sağçı koalisiya hökumətinin əsas tərəfdaşı - Baş nazir Ciorcia Meloninin sədri olduğu “İtaliya Qardaşları” Partiyası səslərin 28,8 faizini toplayaraq birinci olub. Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin “İrəli, İtaliya” Partiyası 9,63 faiz səslə ikinci yeri tutub. Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvininin partiyası - “Lega Salvini Premier” isə səslərin 9,01 faizini toplayıb.
Xatırladaq ki, ilin əvvəlində başda Fransa olmaqla, Avropanın bir çox ölkələrində fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə və aqrar sektora tətbiq olunan vergilərə, xüsusilə “Yaşıl saziş” proqramına etiraz məqsədilə aksiyalar təşkil etmişdilər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]