CNN: Ağ ev Ukraynaya F-16 təyyarələrinin tədarükünə icazə verəcək
Bakı, 19 may, AZƏRTAC
Cozef Bayden administrasiyası Ukraynaya F-16 qırıcı təyyarələrinin tədarükü üçün müttəfiqlərinə icazə vermək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə vəziyyətlə tanış olan mənbələrinə istinadla məlumat yayıb.
Onların məlumatına görə, Ağ ev F-16 təyyarələrinin Kiyevə tədarükünü bloklamaq niyyətində olmadığı barədə avropalı müttəfiqlərinə siqnal ötürüb. Buna baxmayaraq, Prezident administrasiyası qeyd edib ki, təyyarələrin ixracı üçün Ağ evə rəsmi sorğu daxil olmayıb, Dövlət Departamenti isə sənədləşməyə dair heç bir əmr almayıb.
Mayın 17-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cek Sallivan Birləşmiş Ştatların Ukraynaya F-16 təyyarələrinin çatdırılması barədə mövqeyinin dəyişmədiyini və Vaşinqtonun Kiyevə qırıcıları vermək niyyətində olmadığını bildirib.
Avropa Şurasının bu həftə Reykyavikdə keçirilən sammitində isə Böyük Britaniya Niderlandla birgə Ukraynaya F-16 tədarükü üçün beynəlxalq koalisiyanın yaradılması üzərində çalışdıqlarını bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]