CORC BUŞ MİLLƏTİ XARİCİ DİLLƏRİ ÖYRƏNMƏYƏ ÇAĞIRIR
Buş vurğulamışdır ki, xarici dillərin öyrənilməsi digər xalqları beynəlxalq terrorizmlə mübarizəyə cəlb etmək üçün, habelə dünyada azadlıq və demokratiyanın təbliği üçün zəruridir. O demişdir: “Amerikalılar xarici dillərdə, məsələn, ərəb dilində danışmağı öyrəndikdə ərəb dünyasındakı adamlar deyəcəklər: “İlahi, Amerika bizimlə maraqlanır. Onlar da bizim kimi danışmağa çalışırlar!”.
Prezidenti dövlət katibi Kondoliza Rays da dəstəkləmişdir: “Bu gün Amerika başqa mədəniyyətin ölkələri ilə insan və ideyalar mübadiləsinin qaydaya salınması üçün, onların dillərini və adətlərini öyrənmək üçün lazımi intellektual investisiyalar etmir. Halbuki, biz “soyuq müharibə” illərində belə investisiyalar edirdik”.
Buş ABŞ-da xarici dillərin öyrənilməsi proqramının həyata keçirilməsinə 2007-ci ildə 114 milyon dollar ayrılacağına söz vermişdir. O vurğulamışdır ki, təkcə Təhsil Departamenti deyil, Müdafiə Nazirliyi, Dövlət Departamenti, habelə milli kəşfiyyat birliyi də pul alacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:01]
Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib
- 08.10.2026 [14:20]
Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır
- 08.10.2026 [14:16]
Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək
- 08.10.2026 [14:11]
Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb
- 08.10.2026 [13:55]
“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb
- 08.10.2026 [13:54]
Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [12:57]