COVID-19-dan sonra qlobal iqlim emissiyaları 20 faiz azalıb
Vaşinqton, 20 may, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən iqtisadi aktivliyin qlobal səviyyədə zəifləməsi bütün dünyada karbon tullantıları həcminin təxminən 20 faiz azalmasına gətirib çıxarıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Təbiətdə iqlimin dəyişməsi” adlı elmi jurnalda dərc olunmuş yeni tədqiqatın nəticələri haqqındakı məruzədə yazılıb. Müəlliflər qeyd edirlər ki, əsasən dünya ölkələrinin tətbiq etdikləri "məcburi məhdudiyyətlərin" hesabına aprel ayında tullantılar 17 faiz, yəni 18,7 milyon ton azalıb.
Məruzədə bu həcmdə tullantıların 2006-cı ildən bəri qeydə alınmadığı bildirilir. Tədqiqatçılar ümid edirdilər ki, koronovirusla bağlı məhdudiyyətlərin nəticələri iqtisadi obyektlərin fəaliyyəti bərpa ediləndən sonra da tullantıların aşağı səviyyədə saxlanması üçün müvafiq zəruri tədbirlərin görülməsinə kömək edəcək.
AZƏRTAC-ın Vaşinqton bürosu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]