COVID-19: Fransada koronavirusdan ölənləri sayı 69 313-ə çatıb
Paris, 15 yanvar, AZƏRTAC
Fransada son 24 saatda COVID-19 infeksiyasına 21 228 yeni yoluxma və 282 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Fransa Səhiyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, son günlər koronavirusa yoluxma artmaqda davam edir. Koronavirus xəstələrinin sayında artım müşahidə olunur. Xəstəxanalarda 25017 koronavirus xəstəsi müalicə olunur. Reanimasiya şöbələrində 2 726 ağır vəziyyətdə xəstə intensiv müalicə alır. Ölkədə pandemiya başlayandan koronavirus ümumilikdə 69313 can alıb.
Bəzi ölkələrlə müqayisədə Fransada koronavirus əleyhinə peyvənd kampaniyasının ləng getməsi yerli mətbuatda tənqid olunur. Ölkədə dolaşan söz-söhbətə görə vəzifəsindən uzaqlaşdırılan növbəti məmur səhiyyə naziri Olivye Veran olacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]