“Cuatro” telekanalı: İspaniya Azərbaycanla əlaqələrin inkişaf etməsini arzulayır
Madrid, 12 fevral, AZƏRTAC
İspaniyanın “Cuatro” televiziya kanalının internet portalında İspaniya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi haqqında məqalə dərc edilib.
Məqalədə deyilir ki, İspaniya hökuməti 25 ili tamam olan diplomatik əlaqələrin yaxşı inkişafını təqdir edir, təhsil, mühəndislik, kənd təsərrüfatı, dəniz nəqliyyatı və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnundur. İspaniya bu əlaqələrin ikitərəfli səviyyədə və beynəlxalq institutlar çərçivəsində davam və inkişaf etməsini arzulayır.
İspaniya hökuməti ikitərəfli münasibətlər üçün əlamətdar olan bu gündə dost Azərbaycan xalqına çiçəklənmə və rifah arzu edib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]