CÜDO ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatı başlamışdır. Yarışda 300-dən çox kişi və qadın idmançı mübarizə aparır.
Yarışların təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü və Pekin Olimpiadasının qalibi Elnur Məmmədli ölkəmizdə son vaxtlar bir çox idman növlərinin, o cümlədən cüdonun inkişafı istiqamətində mühüm nailiyyətlər qazanıldığını söyləmişlər. Ölkə Prezidentinin dəstəyi ilə son illər cüdo yenidən təşəkkül tapmışdır. Cüdoçularımızın Olimpiya yarışlarında, müxtəlif beynəlxalq turnirlərdə qazandıqları qələbələr Azərbaycanda bu idman növünün böyük gələcəyindən xəbər verir.
Azərbaycanın dövlət himni səsləndirilmişdir. Bədii hissədən sonra ölkə çempionatı final qarşılaşmaları ilə davam etmişdir.
Yarışın ilk günü tatami üzərinə qadınlar arasında bütün, kişilər arasında isə iki çəki dərəcəsi üzrə yarışan idmançılar çıxmışlar.
Azərbaycan çempionatı dekabrın 26-da başa çatacaqdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]